40 ildən sonra Hindistandan Yunanıstana baş nazir səviyyyəsində səfər gerçəkləşib. Baş nazir Narendra Modi paytaxt Afinada həmkarı Kiriakos Mitsotakis ilə görüşüb. Birgə mətbuat konfransında çıxış edən Modi 2030-cu ilə qədər ticarət dövriyyəsinin artırılacağı barədə razılıq əldə olunduğunu açıqlayıb.
“Müdafiə və təhlükəsizlik sektorunda hərbi əlaqələrimizi və müdafiə sənayesini gücləndirmək barədə razılığa gəldik. Biz infrastruktur, kənd təsərrüfatı, təhsil və texnologiya sahələrində də ikitərəfli əlaqələri gücləndirmək qərarına gəldik", - deyə Hindistanın baş naziri bildirib.
Mətləb