Belarus prezidenti Aleksandr Lukaşenko avqustun 23-də Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Rusiyada təyyarə qəzasında həlak olması ilə bağlı açıqlama verib.
Priqojinin təhlükəsizliyinə zəmanət vermədiyini deyən Lukaşenko deyib ki, onun təhlükəsizliyinə mən cavabdeh deyildim: “İkincisi, bu, ümumiyyətlə, müzakirə olunmamalıdır”.
“Vaqner” əsgərlərinin Belarusda qalmasında heç bir problem görmədiyini deyən Lukaşenko deyib: “Vaqner Belarusda yaşayıb, yaşayır və yaşayacaq. Qrupun qərargahı buradadır. Nə qədər ki, bu qrupa ehtiyacımız var, onlar bizimlə yaşayacaq və işləyəcək”.
Priqojin və sağ əli Dmitri Utkinlə daha əvvəl görüşdüyünü və ikiliyə “Cənablar, diqqətli olun” dediyini xatırladan Lukaşenko Priqojinin onun xəbərdarlığına məhəl qoymadığını bildirib.
Kremlin Priqojini öldürdüyünə dair iddialara toxunan Lukaşenko buna inanmadığını deyib: “Mən Putini tanıyıram, o, hər şeyi hesablayır və çox sakitdir. Putinin bunu etdiyini, Putinin günahkar olduğunu düşünmürəm. Bu, çox kobud və qeyri-peşəkar bir işdir”.
TAHİR