Rusiya mediası dünən “Vaqner”lə bağlı daha bir iddialı açıqlama yayıb. “Unian.net” saytı yazır ki, "Vaqner" PMK-nın sahibi Yevgeni Priqojinlə əlaqəli daha bir təyyarə Azərbaycana uçub. "Hal-hazırda, Embraer ERJ-135bj "Legacy 650" reg ilə iş təyyarəsi. ra-02748 nömrəsi Bakıya göndərilir. Təyyarə Moskva Vnukovo hava limanından saat 15:24 - də uçdu və cənuba doğru hərəkət etdi” xəbərdə belə deyilir.
Məlumata görə, bu biznes-jet Yevgeni Priqojinin strukturları ilə də bağlıdır, lakin digərlərindən fərqli olaraq o, heç vaxt Belarusa uçmayıb. Rusiya mediasının bu iddiasının həqiqətə uyğun olmadığı gün kimi aydındır. Çünki "Vaqner"in və onun rəhbərlinin Azərbaycanla bağlılığı barədə bir kəlmə də olsun indiyə qədər heç bir yazı yazılmayıb. Heç vaxt Rusiya mediası bu barədə bir kəlmə də heç nə yazmayıb. Bəs indi nə oldu, "Vaqner"in Azərbaycanla "əlaqələri barədə" məsələ yada düşdü. Həmişə olduğu kimi yalnız xülya dolu məkrli iddialar...
Mətləb Salahov