Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığında təyyarə qəzasında həyatını itirən rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin haqqında ilk dəfə açıqlama verib.
Priqojinə və təyyarədə həyatını itirənlərin ailələrinə başsağlığı verən Putin Priqojini 90-cı illərin əvvəllərindən tanıdığını deyib: “O, çətin, lakin istedadlı bir iş adamı idi. Onun həyatında ciddi səhvləri olub. O, təkcə ölkəmizdə deyil, xaricdə, xüsusilə Afrikada çalışıb, mühüm uğurlar qazanıb”.
Priqojinin qəzadan bir qədər əvvəl Afrikadan qayıtdığını bildirən Putin "Bildiyim qədər, dünən Afrikadan qayıdıb və səlahiyyətlilərlə danışıqlar aparıb" deyib.
Putin həmçinin, İstintaq Komitəsinin qəza ilə bağlı araşdırmalara başladığını və bunun bir az vaxt aparacağını deyib: “İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı ilkin araşdırmaya başlayıb, sona qədər gedəcəyik''.
Tahir TAĞIYEV