ABŞ Gürcüstan ərazisində hərbi təlimlərə start verib. Rusiyanı qıcıqlandıran “Çevik ruh - 2023” hərbi təlimləri Gürcüstanda hava-desant komponenti ilə başlayıb. Gürcüstan Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir ki, Gürcüstan artıq on birinci dəfədir ki, “Çevik ruh-2023” təlimlərinə ev sahibliyi edir. Təlimlərin ilk göstərici komponenti Vaziani hərbi aerodromunun ərazisində baş tutub. ABŞ-ın Avropa Komandanlığının 173-cü eniş briqadasının şəxsi heyəti aerodromun ərazisinə eniş edib.
ABŞ hərbçiləri ABŞ-ın çoxməqsədli C-17 hərbi nəqliyyat təyyarəsindən eniblər. Manevrləri Gürcüstanın müdafiə qüvvələrinin rəhbəri, general-mayor Georgi Matiaşvili və respublika müdafiə nazirinin müavini Qriqol Giorqadze izləyiblər. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 3 ölkədən 21 mindən çox hərbçi iştirak edir.
Mətləb