Rusiya Ukrayna ilə bağlı digər ölələrlə “düşmənçilik oyunu”nu davam etdirir. Bu dəfə hədəf Bosniyadır. Belə ki, Kreml Bosniya Və Herseqovina Rəyasət Heyəti üzvlərinin Kiyevdəki Krım platformasının Sammitində iştirakını "düşmən bir hərəkət" adlandırıb. Bu bəyanat Rusiyanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən öz səhifəsində yayımlanıb.
Bəyanatda Rusiya diplomatik nümayəndəliyi Bosniya nümayəndələrinin zirvə görüşündə iştirakını "açıq düşmən Aktı" və Rusiya Federasiyasının ərazi bütövlüyünə cəhd kimi qəbul etdiyini və Moskvanın "dost olmayan hərəkətlərə cavab vermək hüququnu özündə saxladığını"açıqlayıb. Bosniyalı qonaqlar Kiyevə səfər zamanı ölkə prezidenti Vladimir Zelenski ilə görüşüblər, Buçada ruslar tərəfindən öldürülən mülki şəxslərin xatirəsini yad ediblər.
Maraqlıdır ki, bu il Krım platformasına ilk dəfə Serbiya da qoşulub, Baş nazir Ana Brnabiç video müraciət edib. Lakin Rusiya səfirliyi və ya Xarici İşlər Nazirliyi tərəfindən Serbiyaya qarşı heç bir ictimai narazılıq səslənməyib. Bəs görəsən Kremldə Serbiya Baş nazirinin Krım platformasındakı iştirakını niyə “görməməzlikdən” gəlirlər?. Çox güman ki, Moskva yenə də zaman – zaman qərbdəkiləri ittiham etdiyi ikili standartlar üzərindən “oynayır.” Serbiyaya olar, Bosniya və Herseqovinaya olmaz!
Mətləb