Məlum olduğu kimi dünən “Vaqner” özəl şirkətinin təsisçisi Yevgeni Priqojin Tver vilayətində təyyarə qəzasında vəfat edib. Onunla yanaşı şirkətin 10 əməkdaşı da qəzada ölüb. Erməni mediası isə təyyarədə qəzaya uğrayan ekipaj üzvlərindən olan erməni Yevgeni Makaryan haqqında araşdırma aparıblar.
Məlum olub ki, Yevgeni Makaryan, “Vaqner” veteranlarından biri, keçmişdə isə rayon polisi olub. O, Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarələri ilə toqquşmadan sağ çıxıb. Amma ən maraqlı məqam odur ki, Y. Makaryan sən demə Suriyada da döyüşübmüş. Atası isə neçə il öncə qətlə görə mühakimə olunub
“Yevgeni Makaryan Çelyabinsk vilayətinin Magnitogorsk şəhərində yaşayırdı, onun haqqında az şey məlumdur - 10 il əvvəl atası qətlə görə mühakimə olunub, lakin Ali Məhkəmə işi yeni məhkəmə baxışına göndərib və o, iştirak etmədiyi üçün sərbəst buraxılıb. Bəzi məlumatlara görə, o, əvvəllər rayon polisi olub, 2016-cı ildən Vaqnerlə birlikdə Suriyada döyüşüb”, – qəzet yazır. Erməni mənbələri Y. Markaryanın başqa cinayətlərdə iştirakı barədə yazırlar. Onun bir neçə il öncə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən şübhəli qismində istintaqa da cəlb olunduğu barədə erməni mediasında məlumatlar yayılıb.
Mətləb Salahov