“BRICS” liderləri birliyə yeni üzv olmaq üçün daha altı ölkəni – Argentina, Misir, İran, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini dəvət etmək qərarına gəliblər.
Bu barədə Yohannesburqda “BRICS”in üç günlük sammitinə ev sahibliyi edən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa bildirib.
Beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birliyinin sammitində blokun genişləndirilməsi əsas məsələlərdən biri olub.
“BRICS” sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.
TAHİR