Ukrayna hərbi kəşfiyyat qüvvələri Krım yarımadasında xüsusi əməliyyat keçirir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov açıqlama verib.
Onun sözlərinə görə, avqustun 24-də Ukrayna kəşfiyyatçıları Rusiyanın ilhaq etdiyi yarımadaya girib və döyüş baş verib.
“Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət Krım yarımadasında olub. Bu xüsusi əməliyyat baş kəşfiyyat bölməsi və hərbi-dəniz donanmasının nümayəndələri tərəfindən birgə həyata keçirilib. Xüsusi əməliyyatın məqsədlərinə nail olunub. Heç bir itki yoxdur. Xüsusi əməliyyat davam edir, bütün təfərrüatları açıqlamayacağıq, düşmənin itkiləri var”, – deyə Yusov bildirib.
Tahir TAĞIYEV