Ukrayna Müdafiə Nazirliyinin 24 avqust - Ukraynanın Müstəqillik Günü ilə bağlı feysbuk paylaşımında Rusiyaya sərt mesajlar ünvanlanıb. Paylaşımda qeyd olunur ki, “Bütün torpaqlarımızı azad etməyincə dayanmayacağıq.”
Bildirilib ki, Rusiya bütün cinayətlərinə görə məsuliyyət daşımalıdır: “Müstəqillik bizim varlığımızdır. Konstitusiyamız, sərhədlərimiz və torpağımızda azad yaşamaq imkanı uğrunda mübarizə aparırıq. Biz həqiqəti və ləyaqəti seçən insanlarıq”.
Mətləb Salahov