Türkiyədə dəhşətli yol qəzası baş verib. "Haber Global"ın xəbərində deyilir ki, paytaxt Ankaranın Polatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 21 nəfər yaralanıb. Qəza Polatlı-Ankara yolunun Polatlı rayonunun Karapınar məhəlləsindəki xəstəxana qovşağında baş verib.
Belə ki, şirkət işçilərini daşıyan xidməti avtomobil əvvəlcə minik, daha sonra yük maşınına çırpılıb. Xəsarət alanlar içərisində 8-12 yaşlarında 7 uşaq da var.
Mətləb