"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb".
Bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi çıxış edib. Qeyd edilib ki, bu, rusların hava hücumundan müdafiə sisteminə ağrılı zərbədir və işğal olunmuş yarımadada gələcək hadisələrə təsir edəcək.
Mətləb Salahov