Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib. Macarıstanın dövlət başçısı bu barədə öz "Twitter" hesabında bildirib. Kiyevdə olduğunu bildirən Prezident Novak, "Ukrayna uğrunda şəhid olanların xatirə divarının qarşısında ehtiramımı bildirdim", - deyə paylaşımda qeyd edib.