ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynanın əks-hücumunun uğursuzluğa düçar olması ilə bağlı xəbərləri təkzib edib.
Sallivanın sözlərinə görə, ABŞ Ukraynada döyüş meydanının çox dinamik olduğunu dəfələrlə açıqlayıb.
“Hər iki tərəf çox uzun cəbhə xətti boyunca hücum edir və müdafiə olunur, bir çox yerlərdə döyüşür. Biz görürük ki, Ukrayna əraziləri metodik və sistemli şəkildə qaytarmağa davam edir”, – deyə Sallivan bildirib.
TAHİR