Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqa səfəri çərçivəsində hənkarı Fuad Hüseyin ilə birgə mətbuat konfransı zamanı bir sıra məsələlər barədə danışıb. Türkiyə xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Türkiyə İraqdan PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını gözləyir. Diplomat qeyd edib ki, iki ölkə terrora qarşı birgə mübarizə aparmalıdır.
Mətləb Salahov