Türkiyə meşə yanğınlarına görə Çanaqqala boğazı Mərmərə dənizi istiqamətində gəmilərin keçidi üçün bağlanıb. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir”, - nazirliyin açıqlamasında deyilir. Beləliklə, gəmilər müvəqqəti olaraq Egey dənizindən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.
Mətləb Salahov