Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsi üçün kədərləndirici xəbər yayıb. Ukraynalı nazir qeyd edib ki, Ukrayna ilk F-16 qırıcı təyyarələrini 6-7 aydan tez ala bilməyəcək.
Onun sözlərinə görə, təyyarələrin təhvil verilməsi müddəti ukraynalı mütəxəssislərin təlim müddətindən asılı olacaq: "Təyyarə özü platformadır. Silahların - raketlərin, mərmilərin və F-16 təyyarələrinin daşıyacağı bombaların ötürülməsindən də danışmalıyıq. Həmçinin Ukraynanın təyyarələrə xidmət göstərməsi və döyüş tapşırıqlarını yerinə yetirməsi üçün infrastrukturun hazırlanmasını da unutmayaq”.
Mətləb Salahov