İndoneziya Müdafiə Nazirliyi tezliklə öz Hərbi Hava Qüvvələri üçün ABŞ-nin “Boeing” şirkətindən 24 yeni F-15EX qırıcısı alacaq. Bu barədə İndoneziyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq memorandum nazir Prabovo Subianto tərəfindən ABŞ-yə səfəri zamanı imzalanıb. O, son qırıcıların İndoneziyanın müdafiə qabiliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, qarşıdan gələn razılaşmanın əlavə təfərrüatları açıqlanmayıb.
Mətləb