Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana gedib. Yunanıstan mediasının yazdığına görə, V.Zelenski burada Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcək.
Tədbirdə Qərbi Balkan ölkələrinin liderləri ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək.
Siyasətçilər Maximos sarayında bir araya gələrək regional məsələləri və Avropanın gələcəyini, Balkanlarda və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini, Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.
Mətləb