Braziliyada faciəli yol qəzası baş verib. Belə ki, “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.
Xarici KİV-lərin yazdığına görə, qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib. İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub.
Mətləb Salahov