Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinə nüvə silahı ilə bağlı mesajlar verib.
Lavrov, nüvə silahlarının Rusiyanı təhdidlərdən qoruduğunu deyib: "Nüvə silahına malik olmaq bu gün ölkəmizin təhlükəsizliyinə yönəlmiş bəzi əsas xarici təhdidlərə verə biləcəyimiz ən güclü cavabdır. Buna baxmayaraq, biz nüvə müharibəsinin əleyhinəyik və belə bir münaqişənin qalibinin olmayacağı qənaətindəyik".
Lavrov nüvə silahına sahib olan ölkələrin birbaşa qarşıdurmaya girməsi risqinin olduğunu bildirib: "Belə bir münaqişənin qarşısı alınmalıdır. Ona görə də hərbi və siyasi risqlərin mövcudluğunu xatırlatmalı və rəqiblərimizə ehtiyatlı siqnallar verməliyik. Qərb də nüvə müharibəsinin yaratdığı risqləri özünə daim xatırlatmalıdır”.
Lavrov həmçinin, müharibənin ilk günündən bütün siyasi və diplomatik danışıqlara açıq olduqlarını deyib. "Ukraynanın danışıqlara başlamaq təklifinə dərhal müsbət cavab verdik. Ancaq Ukrayna Qərbin təklifi ilə danışıqları bitirdi. Qərb ölkələri bizim danışıqlardan yayındığımızı desələr də, əslində Rusiya ilə danışıqlar aparmaq niyyətində olmayan onlardır” - rusiyalı nazır deyib.
TAHİR