Ankara ilə Moskva arasında münasibətlərdə soyuqluq qeydə alınmır, tərəflər taxıl sazişi üzrə danışıqları davam etdirir. Bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıc CNN Türk telekanalına deyib.
“Soyuqluq yoxdur. Xarici siyasət səviyyəsində taxıl sazişi üzrə danışıqları davam etdiririk”, - deyə o bildirib.
Kılıc vurğulayıb ki, iki ölkənin kəşfiyyat orqanları arasında da fəal iş gedir. Müşavirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında hər hansı bir problem yoxdur.
O qeyd edib ki, NATO-ya üzv ölkənin lideri kimi Ərdoğan Ukraynadakı münaqişənin hər iki tərəfi ilə danışıqlar apara biləcək yeganə prezidentdir.