“Reuters” agentliyi maraqlı xəbər yayımlayıb. Məsələ burasındadır ki, 2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə 21 il həbs cəzasına məhkum edilmiş norveçli terrorçu Anders Breyvik cəzasını çəkərkən hüquqlarını pozduğuna görə dövləti məhkəməyə verir.
Breyvikin vəkili Oystein Storrvikin sözlərinə görə, müvəkkili dövləti məhkəməyə verir, çünki o, 11 il ərzində həddindən artıq təcriddə olub və mühafizəçilərdən başqa digər insanlarla əlaqə saxlamayıb. Vəkil vurğulayıb ki, Oslo Rayon Məhkəməsi Breyvikin iddiasına 2024-cü ilin yazında baxa bilər.
Mətləb