İllər sonra Qəddafi etirafı İtaliyanın xarici işlər naziri Antonio Tajanidən gəlib. Tajani 2011-ci ildə öldürülən Liviya lideri Müəmmar Qəddafi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Nazir Tajani Qəzzafinin öldürülməsinin böyük səhv olduğunu deyib.
"Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi. O, demokratiya modeli olmaya bilərdi, lakin onun ölümü Liviya və Afrikaya siyasi qeyri-sabitlik gətirdi. O, şübhəsiz ki, ondan sonra gələn hər kəsdən daha yaxşı idi", - Tajani deyib.
Tajani İtaliyanın Qəddafi ilə bağlanan razılaşmalar sayəsində miqrasiya axınının qarşısını ala bildiyini də vurğulayıb.
Qeyd edək ki, Qəddafi Liviyada vətəndaş müharibəsində devrildikdən sonra 20 oktyabr 2011-ci ildə NATO-nun dəstəklədiyi Milli Keçid Şurasının əsgərləri tərəfindən əsir götürülərək öldürülmüşdü.
TAHİR