Erməni mətbuatı baş nazir Nikol Paşinyanın korrupsiya və özbaşınalıq hərəkətləri barədə getdikcə daha sərt yazılar yazmağa başlayıb. "Graparak" qəzeti yazır ki, hökumət kottecləri N.Paşinyanın və ailə üzvlərinin şəxsi məkanına çevrilib. Qəzet yazır ki, burada həmişə yüksək vəzifəli məmurlar yaşayıb, indi 4 ailə yaşayır – Nikol Paşinyan, Ararat Mirzoyan, Suren Papikyan və Alen Simonyan. Ancaq bu ərazidə yüksək vəzifəli məmurların yaşaya biləcəyi 10 malikanə var.
"Biz öyrəndik ki, artıq iki malikanənin əsaslı təmiri başa çatıb, təmir üçün vəsait dövlət büdcəsindən, gizli qərarlarla verilib. Bu malikanələrdə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Kazaryan yaşayacaq, onlar kotteclərə köçməyə tələsmirlər, baxmayaraq ki, malikanələr uzun müddətdir hazırdır.”
Qəzet yazır ki, Nikol Paşinyan hökumət bağlarını öz ərazisi hesab edir: onun istəyi ilə buraya yeni sakinlər köçür, hətta qonaqların siyahısı da onunla razılaşdırılır. “Yeri gəlmişkən, niyə seçilmişlər qrupunda Vaaqn Xaçaturyan, Armen Qriqoryan və Təhlükəsizlik Şurasının qanuna görə bu ərazidə yaşaya biləcək digər üzvləri yoxdur" deyə qəzet yazır.
Mətləb Salahov