Pentaqon bioloji təhlükələrdən qorunmağın vəziyyəti barədə hesabat hazırlayıb. Hesabatda bildirilir ki, Rusiya və Şimali Koreya aktiv şəkildə bioloji hücum silahlarının hazırlanması üzrə proqramları dəstəkləyirlər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) həmçinin Rusiyanı bioloji silah hazırlamaqda ittiham edib. Hesabatda qeyd olunur ki, Çin, Rusiya, Şimali Koreya və İran ölümcül toksinlər və patogenlər yaratmağa davam edir. "Həm sintetik biologiya, həm də peptid sintezi sahəsində irəliləyişlər dövlətlərə geniş çeşiddə yeni toksinlər hazırlamağa imkan verəcək", - deyə hesabatda vurğulanır.
Mətləb Salahov