ABŞ rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsində əli olan FTX-nin dörd əməkdaşına qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Belə ki, Kriminalistika İnstitutunun 3 əməkdaşı, eləcə də FTX-nin bir əməliyyatçısı sanksiyaya məruz qalıb. Xatırladaq ki, 2020-ci il avqustun 20-də Tomsk və Novosibirskdə seçki kampaniyasından sonra Moskvaya təxminən 30 dəqiqəlik təyyarə ilə qayıdan Navalnı ağır xəstələnib və Omskda müalicə olunub.
Mətləb