Ötən ilin fevralında Vladimir Putinin verdiyi hücum əmri ilə başlayan Ukraynanı işğal cəhdi bütün gücü ilə davam edir. Hər iki tərəfin minlərlə itki verdiyi müharibədə tərəflər bir-birinin ardınca hücumlarını təşkil edir. Dünən Ukraynanın taxıl anbarlarını vuran Rusiya Ukraynanın silah-sursat dolu qatarını hədəf alıb.
Rusiya Müdafiə Nazirliyi Dnepr bölgəsində Mezhevaya stansiyasında olan Ukrayna ordusunun silah-sursat dolu qatarının raketlə məhv edildiyini açıqlayıb. Ukraynanın Donetsk istiqamətində 310 əsgəri, 1 tankı, 3 zirehli döyüş maşını, 9 motorlu maşını və bir D-20 haubitsasını itirdiyi vurğulanıb.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak isə, taxıl anbarlarına edilən hücumdan sonra verdiyi açıqlamada, hücumlarda itki olmadığını açıqlayıb.
Tahir TAĞIYEV