Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat “Rada”nın telemarafonunda bəyan edib ki, Ukrayna 2023-cü ilin payız və ya qışında ABŞ-nin F-16 qırıcılarını, yəqin ki, əldə etməyəcək. O vurğulayıb ki, bu qırıcıların tez bir zamanda çatdırılmasına “böyük ümidlər” bəslənilib.
“Sözsüz, təəssüf ki, bizim artıq payız və qış boyu F-16 təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyimiz bəllidir." - İqnat qeyd edib.
Mətləb Salahov