Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, İsveç Türkiyənin terrorçuların ekstradisiyası ilə bağlı 28 sorğusundan heç birini təmin etməyib. “Biz İsveçə terrorçu təşkilatlarla əlaqəli olan şəxslərin ekstradisiyası ilə bağlı 28 sorğu göndərmişik. Onlardan 22-nə, çox təəssüf ki, rədd cavabı aldıq. Doqquz sorğu Kürdüstan İşçi partiyasının, səkkizi FETO terror təşkilatının, beşi digər təşkilatların üzvləri ilə bağlı idi. Üç sorğuya müttəhimlərin ölümü və ya oxşar hallarla bağlı rədd cavabı alınıb. Üç sorğuya isə cavab gözlənilir. Lakin İsveç məhkəmə orqanları bu sorğular üzrə mənfi cavab barədə artıq məlumat veriblər”, - deyə nazir qeyd edib.
Mətləb