İsveçin müdafiə naziri Paul Jonsson Qərb mediasına açıqlamasında Ukrayna ilə bağlı danışıb. Nazir qeyd edib ki, İsveç hökuməti Ukraynaya 313 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırmağa hazırlaşır. O bildirib ki, paketə “Leopard 2” tankları üçün sursat və ehtiyat hissələri, CV-90 piyada döyüş maşınları, “Archer” özüyeriyən artilleriya qurğuları, eləcə də hava hücumundan müdafiə sistemləri üçün minalardan təmizləmə avadanlıqları və sursatlar daxil olacaq.
Nazir əlavə edib ki, hökumət artıq Ukraynaya 13-cü hərbi yardım paketini qəbul etmək üçün cümə axşamı İsveç parlamentində səsvermənin müsbət nəticələrinə ümid edir.
Mətləb