Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıq 30-a çatıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb. Artıq partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.
Mətləb