Belarus Prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransının açılışında sərt fikirlər səsləndirib. Rusiya mediasının yaydığı xəbərlərdə deyilir ki, Belarus lideri bəyan edib ki “Kütləvi qırğın silahlarından istifadə riskləri artır”.
O bildirib ki, Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Şərqi Avropanın sürətlə hərbiləşdirilməsinə, ABŞ və NATO-nun hərbi fəallığının artmasına adekvat cavabdır. A.Lukaşenkonun sözlərinə görə, hazırda mövcud vəziyyət çox gərgindir: “Silahlara nəzarət sahəsində beynəlxalq hüquq da artıq gücdən düşür”.
Mətləb Salahov