Cümə günü, 06 noyabr 2026
     

“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

Image


Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/sosial/592484

Bu iqtibasa artıq şərh yoxdur, çünki qadınların siyasi hakimiyyətdə rolu XII əsrdə göz qabağındadır.

Daha sonra salnaməçi yazır: "Möminə xatun Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi, dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar".

Bir cümlə də törənin pozulması haqqında

O zaman Rey hakiminin qızı İnanc xatunun əvvəlcə Cahan pəhləvana, sonra da Qızıl Arslana ərə getməsi, onlara qarşı ədavət aparması, düşmənlərlə əlaqəyə girməsi, xaşxaşilərdən dəstək alması son nəticədə Azərbaycan Atabəylər dövlətinin suqutuna səbəb oldu. "Ər ordu qurar, qadın dövlət!" Möminə xatun dövlət qurdu, İnanc xatun onu dağıtdı.

Daha üç qadın haqqında

Təəssüflər olsun ki, islam ehkamları orta əsrlərdə daha da irticalaşdı, qadına yaınız uşaq dünyaya gətirmək prizmasından baxırdılar. Bu da min illərlə qorunub saxlanan törələrin pozulmasına gətirib çıxartdı. Orta əsrlərdə artıq qadın cəmiyyətin tamhüquqlu üzvü deyildi, siyasi hakimiyyətin hətta müzakirəsində iştirak edə bilməzdi. Hakimlər, şahlar, sultanlar qız övladlarını kimlərləsə qohum olmaq üçün bu və ya digər şəkildə istifadə edirdilər ki, ya özləri güclənsinlər, ya da onların arxasında hansısa güclü bir şəxs dayansın, hakimiyyətini itirməsin. Ancaq istisnalar da vardı.

Saray (Sara) xatun

Bu xatunun mənşəyinə gəlincə, öncədən qeyd etmək lazımdır ki, Azərbaycanın ilk diplomat qadını Uzun Həsənin atası Əli bəyin əmisi qızıdır, atasının da adı Pirəli Bayandurdur.

Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, gərəksirsə həyata keçirir, bəzən isə bu "həyata keçirmə" Saray xatunun təkidilə olurdu. Xatun çox ağıllı, məntiqli və müşahidəçi idi. O xarici ölkələrin diplomatları ilə görüşür, onların özləri də bilmədən aldığı informasiyaları təhlil edib oğluna göndərirdi. Həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı sultanı Fateh II Mehmet ilə danışıqlar aparmaq və Ağqoyunlu dövlətinin mənafeyini uğurla müdafiə etmişdir. Onu təkcə Şərqdə deyil, həm də Avropada yaxşı tanıyırdılar. Venesiya respublikasının senatı Ağqoyunlu dövlətinə təşrif buyuran diplomatlara göstəriş vermişdi ki, hökmən Saray xatunla görüşsünlər və ona qiymətli hədiyyələr versinlər.

Bir diplomat kimi Saray xatunun II Mehmet ilə xüsusi əlaqələri mövcud olub. 1461-ci ildə, o II Mehmet arasında sülh müqaviləsinin bağlanmasının böyük əhəmiyyəti var idi və bu müqavilə sultanı Ağqoyunlu dövlətinə hücumdan imtinaya məcbur etdi. Mənbələr qeyd edirlər ki, sultan və xatun bir-birlərinə "ana" və "oğul" deyə müraciət edirlərmiş.

Eyni zamanda, iki dövlət arasında razılığa gəlindi ki, Osmanlı ordusunun Trabzona hücumu zamanı Ağqoyunlular bitərəf qalacaq, belə də oldu. Saray xatun sultanı Trabzona hücumdan çəkindirə bilmir. Hələ bu azmış kimi, o, bu diplomat qadını özü ilə Trabzon yürüşünə götürür. Şəhərin 30 günlük mühasirəsindən sonra 26 oktyabr 1461-ci ildə Trabzon fəth olunur. Lakin burada da Saray xatun sakit durmur. O Trabzonun əldən getdiyini görən kimi gəlini Dəspinə xatunun taxta varislik hüququnu yada salır. Görünür sultan ağqoyunlularla münasibətləri kəskinləşdirməmək üçün ona xoş rəftar göstərmiş, çoxlu və bahalı hədiyyələrlə geri qaytarmışdır.

Saray xatun Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparmaq üçün diplomatik heyətə başçılıq etmişdir.

Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani yazır ki, Saray xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlmişdir. O Rüstəm Tərxanın düşərgəsində olmuş və müşahidələr apararaq qənaətə gəlmişdir ki, bu iki dövlətin arasında qüvvələr nisbəti Ağqoyunluların xeyrinədir.

Saray xatun Misirə də getmiş, ağqoyunlularla ittifaq müqaviləsi bağlayıb, gələcək siyasətlərini daha da aydın müəyyənləşdirmişdi. Onun 1465-ci ildə vəfat etdiyi güman edilir.

Şah İsmayılın qızı, Təhmasibin bacısı Pərixan xanım

Bu xanım o qədər ağıllı və məntiqli idi ki, çox zaman onun yanına məsləhətə gəlir, fikirlərini və tövsiyyələrini dinləyirdilər. Onun qəbul otağı isə Şah İsmayılın yaratdığı, dünyanın hər yerindən gətirtdiyi kitabların saxlandığı kitabxana idi. Şah Təhmasib də bibisini o qədər çox sevirdi ki, bir an gözündən buraxmaq istəmirdi. Lakin tale bu xanım üçün başqa plan hazırlamışdı. Şirvanşahlarla səvəfilərin münasibətləri getdikcə daha da dərinləşir və qohumluq əlaqələrinə keçirdi. Belə ki, 1523-cü ildə Şah İsmayil qızı Pərixanı Şeyxşahın oğlu Sultan Xəlilə nişanladı, özü isə onun qızına evləndi. Lakin hər şey sonuncu Şirvanşah Şahrux ibn Fərrux Yasarın hakimiyyətə gəlməsilə dəyişdi. Belə ki, sonuncu şah Sultan Süleymana meyillənməsini sarayda bilməyən yox idi. Hələ Ağqoyunlu sultanı Uzun Həsənin bacısı Xədicə ilə Şeyx Heydər evlənəndə hökmdar ona mülk kimi Şirvanı bağışlamışdı. Lakin, istər Şeyx Heydərin, istərsə də oğlu Şeyx Güneydin Şirvana yürüşləri ugursuz olmuş, hər ikisi də burada öldürülmüş və Şirvanda da dəfn edilmişdi. Pərixan xanım hadisələrin qızılbaşların xeyrinə getmədiyini bütün varlığı ilə hiss edib Şah Təhmasibə xəbər göndərmiş və özü də hazırlıqlara başlamışdı. Doğrudur, Şah İsmayıl hələ şah elan olunmamışdan əvvəl (1501) Bakını tutmuş, Gülüstan qalasını mühasirəyə almışdı. Lakin Təbrizdə hadisələrin dəyişməsi və Lələsi Hüseynin də dediyi "sənə Gülüstan lazımdır, yoxsa Azərbaycan" sözlərini nəzərə alaraq mühasirəni çəkmiş, özünü Təbrizdə şah elan etmişdir. İndi Səvəfi xanədanı babalarının mülklərini geri qaytarmaq və dövlətə birləşdirmək üçün əla fürsət yaranmışdı. Pərixanın birbaşa başçılığı və təşkilatçılığı ilə əvvəl Salyanda, sonra Şamaxıda, daha sonra isə Sarayda üsyan və çevriliş başladı. Pərixanın qardaşı şahzadə Əlqas Mirzə Şamaxıya girənə qədər sonuncu şah Şirvanşah ibn Fərrux Yasar artıq devrilmişdi. 1538-ci ildə Şirvanşah Səfəvilər dövlətinə birləşdirildi. Əlqas Mirzə isə Şirvanın bəylərbəyi təyin edildi. Eyni hadisə Pərixan xatunun təşkilatçılığı ilə Şəki xanlığının hakimiyyətinə, son (1542) qoyuldu və bu xanlıq da qızılbaşlar dövlətinin bir parçası oldu. Təəssüf ki, bu ağıllı qadının sonrakı fəaliyyəti və ölümü haqqında mənbələrdə heç nə yazılmır.

Pərixan xatun (şah Təhmasibin qızı)

Bəlkə də bu qadın atasından sonra hakimiyyətə gəlsəydi, daha uzun illər Səfəvi xanədanl şahlıqda qalacaq, istənilən hadisələri önləyə biləcəkdi. Nə yazıqlar ki, yuxarıda qeyd etdiyim kimi, islam dövründə artıq qadının hüquqları kifayət qədər azalmış, törələr pozulmuşdu. Orta əsrlər islam dövründə, hətta Oğuz bəyləri törələrin deyil, dinin əsirinə çevrilmişdilər. Hələ uşaqlıqdan şah Təhmasib sevimli bacısının adını verdiyi qızına məntiqi və cəsarətli fikirlərinə görə ilk dəfə idi ki, qadın cinsindən olan bir kəsə divanın iclaslarında iştirak etmək hüququ vermişdi.

Divanın iclaslarına törələrə uyğun olaraq, türk qaydaları ilə geyinib gələrdi.

Ümumiyyətlə, bu xatun heç zaman islam ehkamlarına boyun əymədi, həyatını hərəmxanada keçirməklə kifayətlənmədi. 1576-cı ildə (deyilənə görə zəhərlənmiş) Şah Təhmasib dünyasını dəyişəndə bir günlük padişah ölmüş Heydər Mirzəni məhz Pərixan xatun devirmiş və hakimiyyətə atası tərəfindən on səkkiz il altı ay Qəhqəhə qalasında saxlanılan II şah İsmayılı gətirmişdir.

Təbiidir ki, divanın üçdə iki hissəsi Pərixan xatunun tərəfində durmasaydı, çərkəz qızından olan Heydər Mirzənin hakimiyyəti çox uzun çəkəcəkdi. Lakin Pərixan xatunun fikrincə, atası haqsızlıq etmiş, ata və anadan bir olan İsmayılı varis təyin etməmişdi. Bu qadının əsas qayəsi o idi ki, atadan və anadan bir olan və hər ikisi türk əsilli şahzadə taxta yiyələnə bilərdi. Belə də oldu. Ərdəbil şeyxlərinin də köməyi ilə şah Təhmasibin ikinci oğlu ikinci İsmayıl şah elan olundu. Lakin Pərixan xatunun şahdan gözləntiləri özünü doğrultmadı. İkinci şah İsmayıl uzun müddət Qəhqəhə qalasında saxlandığı üçün psixikası pozulmuşdu. Taxta yiyələnən kimi bütün şahzadələrin boynunu vurmağı əmr etdi. Bundan yalnız doğma qardaşı Məhəmməd və onun oğlanları xilas oldu. On səkkiz aylıq hakimiyyəti dövründə hətta yeni sikkələr buraxdırıb "Əli" sözünü oradan çıxartdı. Artıq başkənd Qəzvində (şah Təhmasib səfəvi və osmanlılar arasında ilk dəfə olaraq 1555-ci ildə sülh müqaviləsi bağladı, elə həmin ildə paytaxtı Təbrizdən Qəzvinə köçürdü) narazılıqlar baş alıb getdi. Pərixan xatun bunun qarşısını almasaydı, ölkədə başıpozuqluq baş alıb gedərdi. Bu arada II şah İsmayıl onu hakimiyyətə gətirən qadına da iradlar bildirməyə başlamışdı. Kifayət qədər qürurlu olan xatun bütün olanlara dözə bilməzdi. Qardaşı növbəti kef məclislərindən birində qəlyan çəkərək zəhərləndi. Ölkədə qarışıqlıq yaranmasın deyə Pərixan xatun böyük qardaşı Məhəmmədi hakimiyyətə gətirdi. Lakin onun arvadı, şər ocağı sayılan fars əsilli Xeyranisənin qarşısında duruş gətirə bilmədi. Ərinin xəstəliyindən istifadə edib Xeyranisə Qəzvində və ölkədə bütün hakimiyyəti əlinə aldı və Pərixan xatunu fiziki cəhətdən aradan qaldırdı. Lakin çox çəkmədi ki, özünün də aqibəti faciəvi oldu. Belə ki, oğuz bəyləri qadının özbaşınalığına dözməyib şaha onun ölümü haqqında fərman imzalatdırdılar, həmçinin taxtdan imtina etməyə məcbur etdilər. Beləliklə 1587-ci ildə şah Məhəmməd Xudabəndi taxtdan imtina etdi və oğlu şah Abbas adı ilə səfəvilər xanədanının beşinci hökmdarı oldu. Bununla da, Pərixan xatun atasının ölümündən sonra üç şahın hakimiyyətə gəlməsinə səbəbkar oldu. Bundan sonra səfəvi, avşar və qacar xanədanlarında qadınların rolu tamamilə kiçilmiş və hərəmxana idarəçiliyindən o yana keçməmişdir.

Dilşad xatun (İparxan)

Nadir şahın (1747) qətlindən sonra bütün imperiyada hərc-mərclik yaranmış, hakimlər ard-arda öz dövlətlərini, xanlıqlarını, bəyliklərini elan etmişdilər. Əmir Teymur kimi Nadir şah da Çinə yürüşü düşünürdü. Nə yazıq ki, Əmir Teymur öz əcəli ilə öldü, Nadir şah isə qətlə yetirildi. Bundan sonra Çinin də Şərqi Türküstanı Işğal etmək planları işə düşdü və 1757-ci ildə bu bölgə Çin tərəfindən Işğal olundu. Şərqi Türküstanda yaşayan uyğurlar düz qırx iki dəfə müstəqillik uğrunda mübarizə elan etdilər.

Dövrünə görə və rusların köməyi ilə sayı və təchizat baxımından müqayisə edilə bilməyəcək Çin ordusu mübarizədən qalib çıxdı.

Şərqi Türküstanın xanlarından biri olan Cahangir Xoca döyüşlərin birində şəhid olduqdan sonra müqavimət dayanmadı, ordunun başına onun həyat yoldaşı Dilşad xatun (İparxan) keçdi.

Döyüşlərin birində (1759) Dilşad xanım əsir düşərək Pekinə aparıldı. Çin imperatoru ona evlənmək təklif etsə də, şiddətlə rədd edildi və intiharı üstün tutdu, baxmayaraq ki, imperator ona azadlığı barədə çoxlu vədlər vermişdi. O ölümü çinli ilə evlənməkdən üstün tutdu və ölümündən sonra "Gəlinlərin anası" adı aldı.

Ardı var

Yunus OĞUZ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ