Bazar günü günü, 08 noyabr 2026
     

Naxçıvanın yaşıl enerji ehtiyatları barədə beynəlxalq konfransda danışıldı...

Image


Sadıq Qarayev: "Naxçıvanın geotermal perspektivinin bu şəkildə qiymətləndirilməsi bu sahənin dünyanın marağında olduğuna bir sübutdur"

Naxçıvanda geotermal sahədə kifayət qədər potensial var. Bu sözləri "Baker Hughes" şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame Bakı Enerji Forumunun ikinci günündə "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, "Baker Hughes" enerji-texnologiya şirkətidir və Azərbaycanda 30 ildir ki, fəaliyyət göstərir. "Naxçıvanda bir neçə il əvvəl olmuşam. Burada geotermal sahədə kifayət qədər potensial var. Bu bölgədə geotermal istiqamətində tədqiqatlar aparılmalıdır. Mövcud dataya nəzər yetirmək və bir sıra quyuların tədqiqatına baxaraq təhlillər aparmaq lazımdır. Bu kimi addımlar ölkə üçün çox vacibdir", - deyə o qeyd edib.

"Culfa rayonunun 8-9 kilomertliyində olan Darıdağa yaxın ərazidə isti su mənbəyi var" 

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, geotermal sahə olduqca maraqlı və perspektivlidir, xarici şirkətlərin də bu sahəyə maraq göstərməsi təsadüfi deyil. "Ümumiyyətlə, geotermal enerji deyiləndə yer qabığının müxtəlif təbəqələrində maye şəklində olan müxtəlf isti maddələrin enerjisindən söhbət gedir. Daha dəqiq ifadə etsək, geotermal enerji dedikdə yer qabığının müxtəlif dərinliklərində toplanan istilik nəticəsində əmələ gələn kimyəvi maddələrdən, isti su və buxardan birbaşa və ya dolayı yolla istehsal edilən enerji nəzərdə tutulur. Bu da isti sularda, kükürdlü sularda ola bilər. Burada da  180°C-dən yuxarı isti su mənbələrindən istifadə olunur. Onu da deyim ki, geotermal enerji dünyada yeni bir istiqamətdir. Hazırda dünyanın təxminən 1 faiz elektrik enerjisi geotermal enerjidən istifadə edilməklə əldə olunur. Ümumiyyətlə, geotermal enerjidən həm istilik enerjisi, həm də elektrik enerjisi almaq üçün istifadə eidilir, eyni zamanda da yeraltı sulardan müalicəvi vasitə kimi istifadə olunur. İndi yeni bir tendensiya gedir.  "Yaşıl enerji", bərpa olunan enerji, ekoloji təmiz enerji kimi geotermal enerji də bir istiqamətdir, bir bölmədir. Amma dediyim kimi, hələ dünyanın aparıcı dövlətlərində, yüksək texnologiyalara sahib olan ölkələrdə geotermal enerjidən istifadə çox zəifdir, dünya üzrə cəmi 1 faiz təşkil edir".

S.Qarayev bildirdi ki, "Baker Hughes" şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltramenin Naxçıvanın geotermal potensilalı barədə xüsusi vurğulaması təsadüfi xarakter daşımır. "Naxçıvanın geotermal perspektivinin bu şəkildə qiymətləndirilməsi bu sahənin dünyanın marağında olduğuna bir sübutdur.  Bu sahə Azərbaycanın  özündə də yenidir. Əlbəttə, Naxçıvanın geotermal potensialının daha geniş səviyyədə qiymətləndirilməsi çox vacibdir, bunu yeni texnologiyalarla tam olaraq müəyyən etmək mümkündür. Naxçıvanda isti su mənbələrin olması şübhə doğurmur, bu mənbələr var, sadəcə o mənbələrin geniş şəkildə tədqiq edilməsinə ehtiyac var. Dediyim ki, bu sahə yenidir. Ümumiyyətlə, Naxçıvanda bərpa olunan enerji istiqamətində imkanlar böyükdür. Orada geotermal mənbələr də mövcuddur, amma sayı və sahələri barədə bir söz demək çətindir. Bu tədqiqatlar zamanı məlum olacaq".

S.Qarayev hesab edir ki, geotermal mənbələrin əsasən haralarda olduğu barədə Naxçıvan ərazisində elmi tədqiqat işləri həyata keçirilməlidir. "Culfa rayonunun 8-9 kilomertliyində olan Darıdağa yaxın ərazidə isti su mənbəyi var. İndi yəqin ki, o ərazidə də tədqiqat aparılacaq və suyun tempraturunun 180°C-dən yuxarı olub olmadığı müəyyən olunacaq.  Bu ərazidə olan isti sudan müalicəvi sahədə istifadə olunur. Amma təbii ki, o istiqamətdə tədqiqatlar aparmaqla daha dərinliklərdə çoxlu isti su mənbələri tapmaq mümkünsüz deyil. Tədqiqat aparılarsa,  zamanı bilinəcək ki, o mənbələr hansı dərinlikdədir, onları necə əldə etmək olar, əldə olunacaq enerjinin digər enerji növləri ilə müqayisəsi aparılacaq və sair. Hesab edirəm ki, bu sahədə tədqiqatların başlanması faydalı olar"-deyə S.Qarayev qeyd etdi.

O bildirdi ki, Naxçıvanın yayı həddən artıq isti keçdiyi üçün həm xarici, həm də yerli şirkətlər bu ərazimizdə geotermal enerji potensialının olduğu barədə fikirlər bildirirlər. Mütəxəssis bildirdi ki, artıq ölkəmizdə geotermal enerji sahəsinin inkişafına yönəldilmiş tədbirlərin səmərəli təşkili və bu sahədə müsbət dinamikanın təmin edilməsi ilə əlaqədar "Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi" üzrə İşçi qrupu yaradılıb. O hesab edir ki, geotermal enerji sahəsində Azərbaycanın gələcəkdə əldə edəcəyi uğurlar şübhəsizdir, bu sahəyə yatırılacaq sərmayə, əldə olunacaq gəlirlər ölkəmizə fayda verəcək. 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, 2022-ci ildə dünyada geotermal enerjinin qoyuluş gücü 14 621 MVt təşkil edib. Geotermal enerjinin qoyuluş gücünün 66 faizi 5 ölkənin (ABŞ-2 653 MVt, İndoneziya-2 360 MVt, Filippin -1 932 MVt, Türkiyə -1 691 MVt, Yeni Zelandiya  1 043 MVt payına düşür. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ