Bazar günü günü, 08 noyabr 2026
     

COP29-un uğurlu startı erməni institutunun "qarnına sancı saldı" - "Dayandırılsın"...

Image


Akif Nağı: "Lemkin İnstitutu erməni lobbisinin pul kisəsinə bağlıdır, imkanlı ermənilərdən maliyyə alır"

ABŞ-da fəaliyyət göstərən Lemkin İnstitutu, bu erməni təşkilatı Azərbaycana qarşı növbəti şərləmə kampaniyasına başlayıb. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 (Tərəflərin Konfransı)  erməni şovinstlərinin "yatağına qor" doldurub. 

Mənşəyi məlum olmayan Lemkin İnstitutu  BMT-ni COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərarını ləğv etməyə çağırıb. Bu barədə erməni mediası məlumat yayıb. Bu üzdəniraq təşkilat 

BMT-nin COP29 (BMT-nin illik iqlim dəyişikliyi sammiti) tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarına qarşı olduğunu bəyan edib. 

Yenə qondarma "etnik təmizləmə" əfsanələri, əsassız iddialarla, yenə də köhnə erməni nağılları ilə "süslənən" "bəyanat" təbii ki, kağız parçasından və "ürək bulandırmaqdan" başqa bir şey deyil.

Bunlar elə hesab edirlər ki, uydurma iddiaları və şərləmə kampaniyaları ilə nə isə əldə edə bilərlər. Amma bu dəfə də yanılırlar...

Lemkin İnstitutu da, onun havasına oynayanlar da görürlər ki, Azərbaycanda COP29-a hazırlıq böyük uğurla gedir, dövlətlərin bu tədbirə böyük marağı var, bütün tədbirlər COP29-a hesablanaraq keçirilir və Azərbaycana böyük dividendlər qazandırır, ona görə də qarınlarına qara sancı dolur. 

"Onlar da, başqaları da bilməlidir ki, apardıqları kampaniyaların heç bir nəticəsi olmayacaq" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Lemkin İnstitutu özünün Azərbaycana qarşı mövqeyi ilə tanınır və bu səbəbdən də onlardan başqa şey gözləmək olmaz. "Dünyada beynəlxalq qurumlar, təşkilatlar, dövlətlər var ki, Azərbaycanın uğurları, inkişafı, bölgədə liderə çevrilməsi faktı ilə razılaşa bilmirlər. Burada həm onların müəyyən geostrateji maraqları var ki, bu da Azərbaycanla uyğun gəlmir. Müəyyən dövlətlər var ki, regionda hakimi-mütləq olmaq istəyirlər. Azərbaycan da buna imkan vermir. Onlar artıq Azərbaycanın müqavimətini bir neçə dəfə görüblər, ona görə də hansısa formada Azərbaycanı zəiflətməyə çalışırlar. Çalışırlar ki, istənilən bir məqamdan Azərbaycana qarşı istifadə etsinlər, hansısa bir mövqe ortaya qoysunlar. Lemkin İnstitutu da həmin o mövqedən çıxış edən, dünyada heç bir nüfuzu, çəkisi olmayan  formal bir qurumdur. Bəzən görürsən ki, sensasion məlumatlarla ortaya çıxmağa, gündəmə gəlməyə çalışır, amma tanınmır və qəbul olunmur".

A.Nağı qeyd edir ki, bu institut həmişə məntiqsiz və qərəzli mövqe  sərgiləyir və dünya da bunu görür. O hesab edir ki, bir tendensiya var və insanlar da, beynəlxalq təşkilatlar da obyektivliyə üstünlük verirlər, amma Lemkin İnstitutunda obyektivlik heç zaman olmayıb. "Bu institutun müəyyən bir maddi marağı var və ona uyğun hərəkət edir. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi qətiyyən bu təşkilatın və onun arxasında dayananların maraqlarına uyğun deyil. Azərbaycan həddindən artıq möhtəşəm bir tədbirə ev sahibliyi etməyə çalışır, çətin bir prosesdir, belə bir tədbiri keçirmək çox məsuliyyətli bir işdir və hər dövlətin buna gücü çatmaz. Bütün dünya bilir ki, COP29-u keçirən ölkənin həm iqtisadi maliyyə gücü, həm təşkilatçılıq qabiliyyəti, təcrübəsi, həm də dünya dövlətlərinin içində nüfuzu, hörməti var. Görürsüz ki, ən aparıcı dövlətlərin rəhbərləri də Bakıda keçiriləcək bu tədbiri dəstəkləyir, kömək etməyə hazır olduqlarını bəyan edirlər. ABŞ prezidenti də bununla bağlı əməkdaşlıq edəcəklərinə dair fikir səsləndirdi. Bilirsiz ki, COP29-un Azərbaycanda keçirilməsindən ABŞ-dakı erməni təşkilatları çox narahatdırlar, Bayden administasiyasına, Konqresə müraciətlər edirlər COP29 Bakıda keçirilməsin. Amma müraciətləri, çağırışları heç bir təsir gücünə malik deyil, çünki dünya bu tədbirin əhəmiyyətini yaxşı başa düşür və Azərbaycanın qabiliyyətini də qəbul edirlər ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edəcək. Bu istiqamətdə hazırlıq prosesi də gedir"-deyə A.Nağı qeyd etdi. 

A.Nağı qeyd etdi ki, Prezident də, digər dövlət rəsmiləri də xarici dövlətlərin başçılarını, rəsmilərini bu önəmli tədbirə dəvət edirlər. A.Nağı qeyd etdi ki, burada iqlim dəyişikliyi ilə bağlı çox əhəmiyyətli məsələlər müzakirə eidləcək. "Planetin taleyüklü bir probleminin Bakıda müzakirə edilməsi çox vacibdir. Dostlar buna sevinirlər, düşmənlər isə bunu heç cür həzm edə bilmirlər, uğurumuzu qəbul etmək istəmirlər. Aydındır ki, Lemkin İnstititu erməni lobbisinin pul kisəsinə bağlıdır, imkanlı ermənilərdən maliyyə alır. Ona görə də, bu maliyyələşmənin qarşılığını vermək üçün Azərbaycana qarşı bu cür neqativ addımlar atmağa məcburdur.   Göstərmək istəyir ki, sizin verdiyiniz pul hədər getmir, biz bu kampaniyanı aparırıq. Amma onlar da, başqaları da bilməlidir ki, apardıqları kampaniyaların heç bir nəticəsi olmayacaq, Azərbaycan öz işlərini düzgün qurub və heç bir şərləmə Azərbaycanın bu uğurlu işinə xələl gətirə bilməyəcək"-deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ