Bazar günü günü, 08 noyabr 2026
     

Təhsil İnstitutundan Azərbaycan dili dərslikləri yazanlara sərt sözlər - vətənə xəyanətdir...

Image


Könül Nəhmətova: "Hətta eyni müəlliflər bir mövzunu fərqli-fərqli siniflər üzrə də müxtəlif cür yazıblar"

"Sübutlarım var ki, Azərbaycan dili dərsliklərini yazan  beyinsizləri himayə etmək vətənə xəyanətdir. Bununla mübarizədə sona qədər varam, ölməyə də hazıram. Azərbaycan dili dərsliklərinin müəllif heyəti tamamilə yenilənməyənə qədər susmayacam. Mən hər səviyyədə çox dedim, siz az eşitdiniz". 

Bunu Təhsil İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Könül Nəhmətova öz Feysbuk hesabında Azərbaycan dili dərslikləri ilə bağlı statusunda qeyd edib. 

Son illər dərsliklərimizlə, o cümlədən də, Azərbaycan dili dərsliyinin dili, məzmunu, elmi yanaşmanın səthiliyi barədə tənqidlər səslənir. Təsadüfi adamların dərslik yazması, dərslikdən başı çıxmayanların redaktor kimi prosesdə iştirakı, alimlərin bu işdən kənarda saxlanılması kimi iddialar gündəmdədir.  

"Xarici mənblərdən dəyərsiz hekayələri götürüb dərsliyə salırlar, amma öz müəlliflərimizə elə də diqqət yetirmirlər" 

K.Nəhmətovanın feysbuk statusu diqqətimizi çəkdiyi üçün onun özündən bu barədə müsahibə götürdük. Könül xanım başdan dedi ki, söyləyəcəyi fikirlər onun şəxsi qəanətləridir və konkret olaraq hər hansı bir şəxsi müəllifi hədəfə almayıb, onun əsas məqsədi Azərbaycan dili dərsliklərindəki nöqsanların aradan qaldırılmasıdır. 

- Könül xanım, siz Azərbaycan dili dərslikləri ilə bağlı statuslar yazırsız və dərsliklərdəki çatışmayan cəhətləri qeyd edirsiz. Problemlər nədən qaynaqlanır? 

- Dərslikləri açan kimi bu nöqsanlar özünü dərhal göstərir. Məni daha çox elmi-nəzəri məsələlər maraqlandırır, o mətnlərə diqqət edirəm. Onları da oxuyan kimi, cümlələr mənə tamamilə yad gəlir, böyük əksəriyyəti yanlış görünür.  "Yanlış görünür" deməklə bunu bir az yumşaq ifadə etmək istəyirəm. Yanlış olmayanı da elə izah edirlər ki, nə şagird, nə də müəllim ondan ciddi bir elmi anlayış çıxara bilmir. Müəllim həmin o elmi anlayışdan çıxış edib şagirdə həmin məzmunu izah edə bilmir. Vəziyyət bundan ibarətdir. Təqdim edilən mətinlər mətn tərtibatı baxımından qüsurludur, verilən fikirlər də yanlışdır. Bu böyük əksəriyyətində belədir. Azərbaycan dili dərsliyinə yeni məzmun gətirilib. Söhbət mətnşünaslığın məzmunundan gedir. Mətnşünaslığın təqdim edilən məzmunu bizdə elmi səviyyədə işlənməyib, onun nəzəri əsasları yoxdur. Ayrı-ayrı elmi akademik mətnlərdə hansısa bir bədii əsərin problemlərindən danışa bilər. Amma bədii əsərin problemi nədir? Bunu izah edən  mənbələr var, amma bizdə elə mənbələr yoxdur. Bu cür ciddi bir mövzunu gətiriblər, amma həll edə bilmirlər. Halbuki, bir cümlə atıb keçməklə şagird məzmunu dərk edə bilməyəcək, müəllim də onu tədris edə bilmir. 

- Tez-tez eşidirik ki, bu dərsliklər kurrikulum standartlarına uyğun yazılıb, Avropa standartlarına istinad edilir və sair...Məgər belə deyil? 

- Avropa standartlarında o məzmun ona görə yer alıb ki, onlar illərlə o prosesə hazırlanıblar, onun elmi nəzəri bazasını hazırlayıblar. Bu gün onların kurikulumu ilə bizim səviyyəmiz niyə üst-üstə düşmür? Onlar bugünkü təhsilə iki əsr hazırlaşıblar. Ümumi təhsilin bünövrəsi XIX əsrdən qoyulub. XIX əsrdən onlar orta məktəblər üçün məzmun üzərində işləyiblər, bu mövzularda işlənib. Məsələn, problem nədədir? Əldə elmi  nəzəri baza yoxdur, amma biz onu dərsliklərə gətirmişik. Söhbət Azərbaycan dili dərsliyindən gedir. İkincisi də, bugünkü təhsil şagirdin bacarığını formalaşdırmağı hədəfləyən təhsildir. Doğrudurmu?

- Bəli. 

- Əgər bizim əlimizdə, müəllimin beynində o nəzəri məzmun olsaydı mən onunla razı olardım. Müəllim nə orta, nə ali məktəbdə fənninin məzmununu heç yerdən əldə edə bilmir. Tədris etdiyi o biliklərə yiyələnməyib. Amma ona deyirlər ki, bunu tədris etməlisən. Məsələn, abzas, esse  haqqında deyək.  Hər dərslikdə bir-birindən fərqli izah  verilib. Rus sektorunun dərsliyinə də baxırsan tam fərqli izah verilib, bu izahlar bir-biri ilə uzlaşmır. Hətta eyni müəlliflər bir mövzunu fərqli-fərqli siniflər üzrə də müxtəlif cür yazıblar. Eyni mövzunu özləri müxtəlif cür izah ediblər. 

- Azərbaycan dili dərsliklərində hansı nöqsanlar var ki, siz bir mütəxəssis, dilçi kimi buna biganə qala bilmirsiz? Problemin kökü nədir?

- Bu dərslikləri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə işləmək lazımdır, bu çox böyük effekt verər. Onlarla işləmək lazımdır ki, anlayışları terminaloji olaraq necə formalaşdırmaq olar ki, hamıya aydın olsun və Azərbaycanın dilinin qaydalarına, dilin özünə də uyğun olsun. 

- Dərslikləri kimlər yazır? Alimlər bu işə cəlb olunumur ki? 

- Dərsliklərin həmmüəlliflərinin adları kitabların üzərində qeyd edilir. Mən konkret olaraq müəlliflərin  adlarını çəkmək istəmirəm, məsələyə ümumi yanaşıram. Deyə bilərəm ki, müəlliflər arasında yalnız bir nəfərin elmi dərəcəsi var, o da Azərbaycan dili və ədəbiyyatı üzrə deyil, rus dili və ədəbiyyatı üzrə yazır. O da daha çox xarici mənbələrə bələddir, Azərbaycan mənbələrindən, Azərbaycan filologiyasından xəbərsizdir. Bu səbəbdən Azərbaycan dilinin məzmununda yer alan mətnlər də qənaətbəxş sayılmır. Az qala deyirlər ki, Azərbaycan ədəbiyyatında kifayət qədər normal mətn yoxdur ki, onlardan istifadə etsinlər. Yaxşı, başa düşürəm ki, Sovet dövrünün hekayələrindən laızmı şəkildə istifadə edə bilmirsiz, amma araşdırmaq lazımdır ki, bizim hansı ədiblərin tərbiyəvi didadktik hekayələri var, onları götürüb daxil edə bilərlər.   Qədirşünaslıqla yanaşmaq lazımdır. Məni narahat edən məsələlər belədir.

- Xarici mənbələrdən götürülən hekayələr sizi niyə qane etmir? 

- Çünki xarici mənblərdən dəyərsiz hekayələri götürüb dərsliyə salırlar, amma öz müəlliflərimizə elə də diqqət yetirmirlər. Məsələn, Nizami Gəncəvinin o qədər maraqlı nümunələri var ki, bunlar ancaq cəmi iki-üç mətn üzərində dayanırlar. "Yetim uşağın hekayəsi", "Qarı və Sultan Səncər", "Kərpiç kəsən kişinin dastanı"dır ki, ancaq onlardan istifadə edilir. Nizaminin əsərlərində elə motivlər var ki, onları işləyib hazırlamaq, dərsliklərə daxil etmək lazımdır. Rəfail Hüseynov deyir ki, heç işləməyə də ehtiyac yoxdur, çünki Sovet dövründə o məzmunlar  hekayə şəklində çap olunub, Mikayıl Rzaquluzadə onları yazıb. 

- Mikayıl Rzaquluzadə "Kitabi Dədə Qorqud"un motivləri əsasında "Ana ürəyi dağ çiçəyi" hekayəsini də yazıb...

- Bəli. Bunları araşdırıb üzə çıxarmaq lazımdır. Yeri gəlmişkən, Füzuliniun "Rindu zahidi"nin, Nizaminin hekayələrinin məzmunu tanıtmaq lazımdır. Nizamidə o qədər gözəl hekayələr var ki... Onları gətirmək lazımdır. Biz Nizamiyə müraciət etsək mükəmməl bir şəxsiyyət formalaşdırmağı qarşıya qoya bilərik. 

Fransız ədəbiyyatından gətirdiklləri o dəyərsiz hekayələrin bizim üçün nə əhəmiyyəti var? "Söz vermişəm" hekayəsi var. Mən onu Rusiyada  3-cü sinifdə oxuyanda oxumuşam. Mənim 3-cü sinifdə keçdiyim hekayəni 6-cı sinif dərsliyinə salıblar. Bu, şagirdin yaş xüsusiyyətinə də uyğun deyil. Bu "Söz vermişəm" hekayəsinin nə mənası var? Müasir uşaq o cür yetişdirilməməlidir, ayıq olmalıdır ki, hər yerdə manipulyasiya olan bir cəmiyyətə baş çıxara bilsin. 

- Dərsliklərlə bağlı geniş bir müzakirə açmaq üçün iyunun 9-na Ədəbiyyat dərsliyi ilə bağlı bir müzakirə elan etmisiniz ki, belə bir müzakirə keçiriləcək...Müəlliflərin gələcəyinə ümid edirsizmi?

- Mən müraciət etmişəm, ümid edirəm ki, gələnlər olacaq, çünki bu mövzuda maraqlı olan insanlar var. Xüsusən də müəllimlər bu müzakirəyə böyük maraq göstərir, mütəxəssislər də buna etinasız deyillər. Gəlməyənin də ürəyi bizim tədbirdə olacaq. 

Hesab edirəm ki, dərsliklərlə bağlı alimlər arasında müsabiqə keçirmək lazımdır. Azərbaycan dili dərsliyində elmi-nəzəri və mətn məsələləri çox ciddi məsələdir. Hələ mən dərslik tərtibatını, yaş xüsusiyyətlərini və başqa məsələri kənara qoyuram. Məni bu gün dərsliklərdə qane etməyən milli məsələlərdir, milli yanaşmalardır. Mənə görə, Azərbaycan dili dərsliyində Vətən anlayışı az qala sıradan çıxarılır. Abbas Səhhətin "Vətənimdir" şeirini aşağı siniflərdə tapmaq mümkün deyil, araşdıranda XIX sinif dərsliyində tapdım. Yadımda deyil, bilmədim sinifdənxaric oxuya salınıb, yoxsa dərsliyə. Abbas Səhhətin bu şeiri bizim himnimiz idi.  Nəyə görə bu qədər şəhid vermiş ölkənin Azərbaycan dili dərsliyində Vətən prioritet olmamalıdır? Bu məni şəxsən təəccübləndirir. 

- Ökənin bu qədər təhsillə bağlı elmi müəssisələri, təşkilatları var, onlar niyə bu məsələyə nəzarət etmirlər?

- Yaxşı olardı ki, bu sualı onların özlərinə verəsiniz. Mən bir mütəxəssis kimi  öz fikrlərimi deyirəm. Mən problemə ümumi qoyuram və  çıxışlarımda heç kəs hədəflənməyib. Mən məsələni fərdiləşdirməyin tərəfdarı deyiləm, ümumi yanaşıram. 

Ən böyük problemlərdən biri nədir? Aşağı siniflərdə başqa iş görülür, 7-ci sinifdən də o yana başa heyət çalışıb. Yuxarı sinif müəllif heyəti ilə şağı sinif müəllif heyəti arasında heç bir əlaqə yoxdur. Baxırsan ki, fəqrli işlər görürlər. Məsələ burasındadır ki, mənim özümü də kurikulumun yazılmasına dəvət etmişdilər imtina etdim. 

- Nə üçün?

- Çünki gördüm ki, standartları 5 nəfər yaza bilməz. Tutalım, 3-ü orta məktəb müəllimi, 2-si isə alim olmaqla  standart yazılmaz. Hanısa ölkənin universitetinin standartını götürüb qarşına qoyub köçürmək, Azərbaycan təhsilini, Azərbaycan dilinin tədrisini tamamilə ona uyğunlaşıdrmaq  səhv yanaşmadır. Ona görə də prosesdə iştirak etmədim. Özüm də dedim ki, bu standartlara imza atmamaq üçün bu tərkibdən çıxıram...Mühit məni qane etmədi, ona görə ki, kurikulum və standart belə yazılmalı deyil. 

- Təklifiniz nədir? 

- Hesab edirəm ki, dəsrliklərin yazılışı böyük heyətin iştirakı ilə həyata keçirilməlidir, burada akademik heyət olmalıdır. Bunu dəfələrlə təklif etmişəm ki, Azərbaycan dili dərsliyinin hazırlanmasına ölkəmizin ən irəlidə gedən mütəxəssiləri, alimləri cəlb edilməlidir. Söhbət akademik heyətdən söhbət gedir. Əgər orada alimlər də iştiark etməsə bu dərslik dərslik olmaz. Kurikulum çərçivəsi də, standartlar da bu şəkildə yazılmalıdır. Bu məsələyə alimin baxışı ilə orta məktəb müəlliminin baxışı bir deyil. Heyətin içində bir nəfər alim varsa, o bütün məzamuna nəzarət edə bilməz...

- Dərsliklər üçün tender elan edirlər. Amma yenə narazalıq var...

- Görürlər ki, tender özünü doğrultmur, başqa cür etsinlər. Taktikanı dəyişmək lazımdır. Alimlər arasında müsabiqə keçirsinlər, ciddi, obyektiv seçim olsun. Yox, dərsliklər obyektiv seçimlə həll olunmur, yüz faiz bu belədir, olsaydı dərsliklər bu vəziyyətdə olmazdı. 

- Siz özünüz dərslik yazmaq istərdiniz?

-   Belə bir təklif edilsə razı olmaram. Çünki mənim yanımda Rəfael Hüseynov, Nadir Məmmədli kimi akademik, professorlar olmalıdır ki, özümə güvənim, nə yazsam onlara göstərim. Dəfələrlə təklif etmişəm ki, İradə Musayevanın, Səadət Şıxıyevanın, Nadir Məmmədlinin, Rəfael Hüseynovun, Teymur Kərimlinin nəzəri biliklərindən istifadə olunsun. Tutaq ki, onlar praktikanı bizdən yaxşı bilir, amma elmi bilmirlər axı... 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ