Bazar günü günü, 08 noyabr 2026
     

Qurbanəli Quluzadə - təki şəhidlərimiz bizə halallıq versin... - FOTO

Image


Onun haqqında məlumat toplamağa çalışıram. Müxtəlif xəbərləri oxuyuram: Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ savaşının şəhidi.

Torpaq azadlığı, ərazi bütövlüyü uğrunda savaşmaq, şəhid olmaq qürurvericidi.Həm də ağrılıdı. Müharibə səbəbkarlarını lənətləyirsən. Müharibənin aldığı canlar sarsıdır bütün varlığını.

2001-ci il 25 iyunda Bakının Binə qəsəbəsində dünyaya gəlib Qurbanəli Elşad oğlu. Ailənin ilki olub. Uşaqlıqdan yunan-roma güləş növü ilə məşğul olub. Şeir yazıb.

 Binə qəsəbəsində Birinci savaşın şəhidləri Rasim Sadıxov adına 136 və  Əmirəhməd Quliyev adına 121 nömrəli məktəbdə oxuyub.

Xuraman Cəfərova  136 nömrəli məktəbdə Qurbanəliyə dərs deyən müəllimlərdən biridir: İllərdir məzunu olduğum məktəbdə işləyirəm. Yüzlərlə məzunum olub. Qurbanəli müəllimlərin yaddaşında qalan, sevilən şagirdlərdən olub. Çox sakit, mədəni, təhsilə önəm verən, müəllim adını uca tutan bir ailədə böyüyüb. Özü də elə idi: sakit, mədəni, çalışqan, dürüst. Onda bir kobud hərəkət görmədim illər ərzində. Üzündə nur vardı. Həmişə o nurlu simasını xatırlayıram. Müəllimin də, xalqın da sərvəti Qurbanəli kimii oğullardır.

Sinif rəhbərinin qəfil ölümündən sarsılan Qurbanəli məktəbini dəyişir.
 121 nömrəli məktəbdə də  şagird kimi kollektivin hörmətini qazanır. Onun haqqında bütün müəllimləri, dostları danışmaq istəyirdi. Uşaq birliyinin rəhbəri Sevda Əliyeva kövrəlir: Qurbanəli hamımızın sevimlisi idi. Şeir yazırdı. Utancaq olsa da, son zəngdə bədahətən şeir deməyini unutmuram. O, bizim fəxrimiz olub həmişə. Təşkilatcı Elnarə Kərimova, psixoloq Samirə Rzayeva danışdıqca Qurbanəli Quluzadəni görürdüm elə bil: sevimli, məsuliyyətli, mədəni, diqqətli, çalışqan...

121 nömrəli məktəbdə Qurbanəlinin sinif rəhbəri olan Əvəz Rüstəmov Birinci Qarabağ savaşının iştirakçısı olub. Könüllü özünümüdafiə batalyonunda döyüşüb. 1994-cü ildə tərxis olunandan bu günə kimi müəllim işləyir. Vətənpərvər şagirdlər yetişdirib. Onların çağırışaqədərki hərbi hazırlığına xüsusi diqqət yetirir. Ona görə məzunları həqiqi hərbi xidmət zamanı həmişə fərqlənir, təşəkkürnamələr alırlar: 1991-94-də döyüşlərdə olmuşam. Bütün hadisələrin, çətinliklərin canlı şahidi olsam da, məğlub kimi yaşamaq ağır gəlirdi. Özümü günahkar bilirdim.  Tez-tez bu haqda danışardıq. Şagird gündəliklərində olan qara işğal tarixlərinə baxa bilmirdim.  Çox çətin idi. Bunları hiss edirdi Qurbanəli. "Müəllim, narahat olma, o torpaqları biz azad edəcəyik" - deyirdi əminliklə. Səsində, özündə bir inam vardı. O torpaqları azad etməliydik. Şagirdlərimi də, öz övladlarımı da buna hazırlayırdım. İki oğlum da İkinci Qarabağ savaşına yollandı. O da buna hazır idi. Onun qələbəyə inamı məlhəm kimiydi, məlhəm də oldu.  

27 sentyabr 2020-ci ildə savaş başlayanda Qurbanəlinin həqiqi hərbi xidmətindən bir il ötürdü. Xidmətə gedəndə "Torpaqları azad etməyə gedirəm" demişdi doğmalarına. Hiss etmişdi qalib olacağını. Füzuli, Cəbrayıl, Hadrutun azadlığı uğrunda döyüşlərdən keçdi igid əsgərimiz. 21 oktyabrda Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə  aldığı qəlpə yarasından şəhid oldu.

Eışad Quluzadə: Oğlum sanki müharibə olacağını bilirdi. Əsgər getmədən "torpaqları biz azad edəcəyik" deyərdi. Arada zəngləşirdik. Müharibə başlayanda heç nə bildirmədi. Son danışıqlarımızda elə halallıq istəyirdi. Öz özümə sual verirəm ki, o niyə bizdən halallıq istəyirdi? Biz ondan halallıq istəməliyik. Nə deyim? Təki şəhidlərimiz bizə halallıq versin. Təki Qurbanəli kimi bu vətəni düşmənlərdən qoruyan oğullarımız çox olsun.

Əmisi Xeybərin sözlərinə görə, Qurbanəli əsgər getməyini gözləyirdi, hazırlaşırdı. Tez-tez "Əmi, mən əsgər gedim, erməniləri torpaqlarımızdan çıxaracağıq"- deyirmiş əmisinə:  Bilmirəm, hardan idi bu hiss onda? Müharibə başlayanda da qələbəyə əminliklə danışardı. Deyirdim ki, onları qoymayın bir addım da qabağa gəlsinlər. "İrəli nədir? Biz irəli gedirik, bir qarış da geri çəkilmirik. Hər qarış torpağımızı da azad edəcəyik"-belə olurdu cavabı. 

Quluzadə Sahib: İndi yanımızda deyil qardaşım, çətindi. Amma mən onun qələbə sevincli, qürurlu səsini eşidirəm elə bil.  Hərbi xidmət zamanı da, müharibədə də deyirdi ki, əlayam.  "Bütün torpaqları azad edəcəyik" - sözü bu idi.. Gedişim kimi dönüşüm də olacaq, amma qalib kimi. Qalib oldu. Onun yaşadığı qürur güc verir bizə.  Ordumuz həmişə belə güclü olsun. Heç vaxt məğlub olmayaq. Ən böyük arzum budur.

Şəhidlər haqqında yazanda dostları, döyüş yoldaşları, müəllimləri, ailə üzvləri ilə söhbətləşməli olursan. Asan olmur. Ən çətini analardı. Nə deyəcəyini, söhbətə necə başlayacağını bilmirsən.

 Elmira xanım: Çox sakit, sevimli idi oğlum, bir başqaydı. Hamıya yaxşılıq etmək istəyirdi. Orta təhsilini başa vurandan sonra ali təhsil almaq istəyirdi. Sonra qərar verdi ki, əsgər gedim, gələndən sonra oxuyaram. Həqiqi hərbi xidmətini Qusarda keçirdi. O zamandan fərqlənmişdi. Komandirləri də razı idi, tərifləyirdilər həmişə. Fəxri-fərmanlar almışdı. Müharibədə olduğunu da demədi, "təlimdəyik" dedi. Torpaqların azad olunmasını çox istəyirdi. Mübariz İbrahimov onun üçün nümunəydi. Qarabağ hadisələri, Xocalı faciəsi ilə barışa bilmirdi. Elə bil bu savaşa hazırlaşırdı. Dostları da qəhrəmanlıqlarından çox danışır.

Həsən Ələkbər oğlu Quliyev 44 günlük savaşın iştirakçısıdır: Bir var müharibə haqqında eşidirsən, filmlərə baxırsan, bir də var müharibədəsən. Elə olurdu addım-addım irəliləyirdik. Ölümün gözünə baxa-baxa qorxmursan heç. 21 oktyabr ağır gün idi. "X" təpəsini almalıydıq. Axşam 9-10 arası yola çıxdıq. Hava dumanlı idi. 5 addım irəlini görmək olmurdu. Bir-birimizin çiynindən tutub irəliləyidik. İstiqamətdən yayınmışdıq. Yolumuzu tapmalıydıq. Tapşırığı yerinə yetirməliydik. Durmadan yol gedirdik. Səhərə yaxın bir az dincəlmək qərara alındı. Bir ev tapdıq. Ermənilər D30 topu ilə bizi vurmağa başladı. Ağır döyüş oldu. Yaralılarımız, şəhidlərimiz oldu. Qubadan olan yaxın dostum Əliyev Həmzə də, Qurbanəli də həmin gün şəhid oldu. Özümə gələ bilmirdim. Orda bir günün döyüş dostunu on ilin dostundan daha yaxşı tanıyırsan, daha doğma olur. Susuzluqdan əziyyət çəkəndə son bir udum suyunu sənə verən Qurbanəli kimi döyüş dostunu necə unutmaq olar? Onları itirmək çox ağırdı. Qalib olmağımız bu ağrıları yaşamağa kömək edir.Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

 Qurbanəli Quluzadə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəxsi şücaəti və igidliyinə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 Oğul gedib. Can gedib. Oğul yarası ağlayır. Can yarası ağrıyır. Göz yaşının, bu ağrının məlhəmi əsir torpaqların azadlıq nəfəsidir. Təltifləri düşünürsən: Cəbrayılın, Qubadlının, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə. "Vətən uğrunda" "İgidliyə görə" təltif olunmaq  ləyaqətli, məğrur olmaqdı, uca olmaq, ucada olmaqdı. Belə yaşamaq da var.  Qurbanəlilər də ləyaqəti, məğrurluğu ilə ucadılar. Ucadadılar!

Kamalə Abiyeva.
Aprel,2024




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ