Bazar günü günü, 08 noyabr 2026
     

“İşğalda olan ərazilərimizin bir güllə belə atılmadan geri qaytarılacağını həyatım boyu heç zaman xəyal etmirdim” - Namiq Alıyev...

Image


"Qızılhacılıya gedə bilsəm də, evimizə qədər gedə bilmədim"

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunması sevincini yaşayırıq, artıq bu dörd kənd yenidən sərhədlərimizə qovuşub. 

Uzun illər işğalda qalan və hazırda azad olan kəndlərimizdən biri Qızılhacılıdır ki, bu kəndin sakinləri tezliklə öz doğma yuvalarına qovuşmaq üçün qanadlanırlar.   

Müsahibimiz Qazax rayon Qızılhacılı kənd sakini, I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Alıyev Namiq Famil oğludur...

- Sevincimizin həddi-hüdudu yoxdur, bu hissi sözlə təsvir etmək çox çətindir. 

- Siz peşəkar zabitsiniz. Heç ağlınıza gələrdimi ki, doğulduğunuz, sakini olduğunuz Qızılhacılı da daxil olmaqla Qazaxın bu dörd kəndi bir güllə atılmadan işğaldan azad oluna bilər? Bunu xəyal etmək mümkün idimi?

- Etiraf edim ki, işğalda olan ərazilərimizin bir güllə belə atılmadan geri qaytarılacağını həyatım boyu  heç zaman xəyal etmirdim. Xahiş edirəm, məni düzgün başa düşün. Hər zaman, gecələr yatanda yuxularımda, gündüzlər xəyalımda kəndimizin azad olunmasının döyüş planını qururdum ki, hardan getsək, hucum əməliyyatını necə qursaq az itki verərik. Mənə bir gün kimsə desəydi, Namiq, sənin adın gələndə bir gün onlar özləri oradan gedəcək, inanmazdım. İnanmazdım ki, belə bir həyat yaşayaq. Amma bu, həyatın reallığı, gerçəkliyidir ki, şəhid vermədən, qan tökülmədən kəndlərimiz geri qaytarıldı. Mən bir ayağımı, bir gözümü itirmişəm, qaziyəm. Qazilik şərəfli olduğu kimi, onun ağrıları da var, bacım. Bunu çəkmək də çox çətindir, etiraf edirəm ki, biləsiniz. Nə qədər şərəfli olsa da, ağrısı da acıdır. Şəhid atasının yanında ağlayan dilsiz-ağızsız körpələr, fəryad edən analar, saçlarını yolan bacılar gördüm. Bunları danışdıqca tüklərim biz – biz durur. Gözümzün görmədiyi faciələr, ağrı-acılar qalmadı. Biz müharibələrdə bunları yaşadıq. Müharibədən, onun acılarından xəbəri olmayanlar bunu anlaya bilmir. Bu gün şəhid vermədən, güllə atılmadan torpaqlarımızı işğaldan azad etməyimiz çox böyük nemətdir. Bu, Ali Baş Komandanın dəmir yumruğunun gücüdür.   

- İşğaldan azad olunandan sonra kəndinizə getmisizmi? 

- Bəli, Qızılhacılı azad edildikdən sonra ora getmişəm. Rəsmi məlumat yayılandan sonra qızılhacılılar öz yurd yerlərinə can atır. Biz Rayon İcra Hakimiyyəti və hərbi qulluqçular tərəfindən daim təlimatlandırılmışıq ki, minalar səbəbindən hələlik o ərazilərə getmək olmaz, deyiblər ki, çalışın getməyin. Sakinlərin özbaşına ora getməsi yaxşı hal deyil, biz özümüz də daim ictimaiyyət arasında təbliğat aparırıq ki, orada minalar var və getmək olmaz.  Amma kəndə qayıtmaq hər birimizin arzusudur.

- Necə gördünüz Qızılhacılını?

- Qazax rayonunun azad olunan bu dörd kəndindən (Bağanıs Ayrım, Qızılhacılı, Xeyrimli və Aşağı Əskipara) yeganə Qızılhacılı idi ki, Göyəzən dağından görsənirdi. Qızılhacılı tamamilə viran qoyulmuşdu, dağıdılmışdı, yolundan-izindən, özündən bir əsər-əlamət qalmamışdı. Hər dəfə kəndə baxanda ürəyimdən qara-qanlar axırdı, əziyyət çəkirdim. O əraziyə gedəndə həmin gün özümü toparlaya bilmirdim. Doğulduğum yer, böyüdüyüm həyət, atdığım ilk addım, otardığım quzu, oynadığım yer, uşaqlığım-hamısı gözlərim qarşısından keçirdi. Düşünürdüm ki, sənə aid olan yer indi sənə aid deyil, əlim də çatmırdı. Bu çox ağır bir hissi idi. Təəssəvvür edin ki,  döyüşçü yoldaşın neytral bir ərazidə qalıb səndən kömək istəyir, amma sən gedə bilmirsən, kəndimizə baxanda bax, belə hisslər yaşayırdım. Mənim kəndim mənim üçün canlıdır, ordan nəfəs alıram, mənə ora oksigen verir. O kənd mənim üçün həyatdı...

- Qızılhacılılar qaçqın düşəndən sonra ermənilər sizin kənddə yaşayırdılarmı?

- Bizdən sonra kəndimizdə yaşayış olmayıb. 1992-ci ilin may ayının 12-dən, işğal olunan gündən bugünə kimi orada yaşamayıblar. 

- Kəndinizə neçə dəfə getmisiniz? 

- Bir dəfə. 

- Gedəndə evinizə yaxınlaşa bildinizmi, ümumiyyətlə tapa bildinizmi?  

- Doğrusu, Qızılhacılıya gedə bilsəm də, amma evimizə qədər gedə bilmədim. Sərhəd Qoşunları o səbəbdən imkan vermədi ki ərazi hələ minalardan təmizlənməyib. Kəndə getmişəm. Mənim doğulduğum ev erməni mövqeyinə daha yaxın olduğuna görə hələ oralar minalardan təmizlənməyib. Biz ora vətəndaş olaraq gedərkən sərhəd qoşunları komandanlarının təlimatlarına uyğun hərəkət etdik. Bütün qaydalara əməl etdik. 

- Hər halda, gedib doğma kəndinizin nəfəsini duydunuz...

- Nəfəsini duydum nədir ee? Gedib orada bir namaz qıldım ki... Bəlkə də həyatımın ən gözəl anları idi. Dizlərimi yerə qoydum, kəndimin nəfəsini hiss etdim, elə bil baba oğulu qucaqlayır, bax, kəndimi o cür qucaqladım.  Arxası üstə uzanıb səmaya baxdım, o kənddə yeddi qat dünyanın o başını gördüm. İnanın... 

- Qızılhacılı neçə evdən ibarət idi?

 - 1992-ci ilə qədər kəndimiz  54 evdən, 250 sakindən ibarət olub. Hazırda əhali təxminən 400 nəfərdən çoxdur və 89 təsərrüfatdan ibarətdir... 

- Qaçqınlıq vaxtı sakinlər harada yerləşdi?

- Başqa rayonlara getmədilər, Qazax rayonu ərazisində  yerləşdilər, vaqon evlərdə, müxtəlif idarə binalarında yerləşdilər. Kənd əhalisinin 70 faizi "Vaqon şəhərciyində" məskunlaşdı. O vaxt işğal altında olan 7 kəndin 7-nin də sakinləri Qazax rayonunun ərazisində, kəndlərində yerləşdilər. Rayonmuzun başqa yerdə məcburi köçkünü yoxdur. Rayon öz sakinlərinə qucaq açdı, onlara yaşamaq üçün şərait yaratdı. 

İnşallah, ərazi minalardan təmizlənəndən sonra inşaat-quruculuq işləri başlayacaq. Bilirsiz mən bu prosesi təsəvvürümdə necə canlandırıram? Norveçdə, İsveçdə  kəndlər var ha, bizim kəndimizin görüntüsü gözlərim qarşısında elə canlanır. Dağların arasında səliqəli evlər tikiləcək, elə təsəvvür edirəm...  

- İşğala qədər kənd camaatının əsas məşğuliyyəti nə idi? Nə ilə dolanırdılar?

- Camaatımız əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olub. Çoxlu üzüm sahələrimiz olub, bağlıq idi ərazimiz. Bizdə üzümçülük geniş olub. Çox münbit otlaq sahələrimiz, əkin üçün yararlı torpaqlar olub. Suvarmamız da yaxşı idi. Kəndimiz dağlıq coğrafi relyefə malik olan bir ərazidir. Kənddən baxanda Göyəzən dağının çox mənzərəli bir görüntüsü var. Kəndin Cənub hissəsində Coğazçay su anbarı gölü var. Bir sözlə, çox səfalı yerdir. 

- Birinci Qarabağ müharibəsində  iştirak etmisiniz. Döyüş yolunuz barədə nə deyə bilərsiz?

- Mən 1992-ci ildən, Azərbaycan Silahlı Qüvvələri yaranan vaxtdan xidmət etmişəm. O vaxt sərhəd rayonlarda ərazi əlahiddə özünümüdafiə batalyonları, könüllü taborlar yaranmışdı. Mən o dövrdə Silahlı Qüvvələrdə xidmətə başladım. 1992-ci ildən amalımız,  əqidəmiz,  ideologiyamız ondan ibarət olub ki, torpaqlarımız işğaldan azad olmalıdır. 1994-cü ilin may ayında atəşkəs elan edildikdən sonra ulu öndərin təşəbbüsü ilə Silahl Qüvvələrimizin döyüş qabiliyyətini  müasir səviyyədə formalaşdırmaq, NATO taktikasını öyrənmək üçün Türkiyəyə göndərilən ilk zabitlərdən biri olmuşam. Bu mənim üçün çox yüksək bir dəyərdir. İki il Türkiyədə təhsil aldım. 1994-cü il Vətən müharibəsində baş verən kosmik sürətli döyüşün təməlinin, bünövrəsinin qoyulduğu tarixdir. Bu bünövrə 1994-cü ildə qoyuldu ki, Azərbaycan Silahlı Qüvvələri ancaq müasir döyüş qabiliyyətinə malik silah-sursat təminatlı döyüş taktikalarına yiyələndikdən sonra torpaqlar qayıdacaq. Hətta Heydər Əliyev zamanın ağır vaxtında, məcburi köçkün probelminin çox ağrılı dövrlərində  Naxçıvanski adına Hərbi Məktəbə gəldi və akt zalında bizimlə görüşdü. Bir saatlıq görüş oldu. Bizə çıxacağımız yolun məqsədi, məramı, bizdən gözləntiləri, ordan geri döndükdən sonra Silahlı Qüvvələrimizin formalaşmasında oynayacağımız rol barədə danışdı. Bu da bizim məsuliyyətimizi daha da artırdı. Biz bildik ki, müasir döyüş qabiliyyətinə malik olan ordu bu torpaqları işğaldan azad edəcək. Aradan 30 il keçib, indi ulu öndərin dediyi fikirləri yada salanda düşünürəm ki, ulu öndər bu günü 1994-cü ildə görürmüş kimi danışırdı. Murad Mirzəyev, Samit İmanov, Polad Həşimov - bunlar hamısı Türkiyədə təhsil alan peşəkar zabitlər  idi... Türk Silahlı Qüvvələrinin əməyi bizim üzərimizdə çox böyükdür. Rus döyüş taktikası ilə biz bunları edəcək qabiliyyətində deyildik. 

Türkiyədən qayıdıb gəlib yenə də xidmət etdim. Qazaxda yerləşən N saylı hərbi hissədə kəşfiyyat-tağım komandiri vəzifəsində idim. 1996-cı ilin dekabr ayında kəşfiyyat xarakterli döyüş tapşırığı yerinə yetirərkən minaya düşdüm. Dörd əsgərimlə bərabər əməliyyatdan dönərkən neytral ərazidə hadisə baş verdi, mən bir ayağımı və bir gözümü itirdim. Bu gün Birinci dərəcəli Qarabağ müharibəsi qazisiyəm, iç orqanlarımdan da zədələnən hissələr var. Sonra gəldim yenə də fəaliyyətimi davam etdirdim. Mənim edəcəyim bir iş vardı, bu da gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində, bu ruhda tərbiyələnməsində  fəal xidmət etmək idi. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinə müraciət etdim. Mən gənclərin çağırışa qədər hərbi hazırlıq rəhbəri kimi Qazax rayonunun Xanlıqlar kəndində orta məktəbdə müəllim kimi fəaliyyət göstərdim. Şükürlər olsun ki, qəhrəmanlar yetişdirdik, onlar arasında şəhid olanlar da, qazilik mərtəbəsinə ucalanlar da var. Yenə də gənclərin vətənpərvər ruhda yetişdirilməsi uğrunda çalışıram. Bugünə qədər edə biləcəyimiz nə vardısa hamısını edə bildik və biz həmişə inanmışdıq o torpaqları mütləq geri alacağıq, o yurdlara qayıdacağıq. O səbəbdən də həmişə addımlarımızı o səmtə atmışıq. Qayıtmaq üçün də biz bir millət kimi bütöv olmalı, yumruğa çevrilməli idik. Çevrildik də, bu yumruğun da adı Dəmir yumruq oldu. Dəmir yumruq nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan türkü kimi ömür yaşadım. Mən bu 44 gündə xalqımı bir daha tanıdım. İstərdim ki, əbədiyən bir və həmrəy olaq. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ