çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“İrəvanda qardaşını daşnaklar öldürdü, özü Bakıda Stalin repressiyasına hədəf oldu” - filosofun faciəsi...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında İrəvanda doğulan Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Stalin mükafatı laureatı  Heydər Hüseynovdan danışacağıq.

O Heydər Hüseynovdan ki,  savadı, fitri istedadı, günəş kimi parlaq zəkası ilə Azərbaycan elmində bir hadisəyə çevrildi. Heydər Hüseynovun ölümü də hadisə oldu, elə bir hadisə ki, dünya durduqca insanlar bu haqda yana-yana danışacaqlar. Görkəmli alimin 42 yaşında intihar edib həyatına son qoyması faktı bu gün də ciddi müzakirə olunur, mülahizələr irəli sürülür. Bəziləri hesab edir ki, filosof Hüseynov bu addımı məcburiyyət qarşısında atıb. O zaman Azərbaycan SSR-ə rəhbərlik edən Mircəfər Bağırovun görkəmli filosofa təzyiq göstərdiyi, onu nahaqdan incidtiyi barədə məlumatlar var. Hətta belə iddialar da var ki, onu respublika rəhbəri bu addıma təhrik edib. Bəziləri isə hesab edir ki, H.Hüseynovun adı da  Stalin repressiyasının, qanlı rejimin qurbanı kimi qeyd edilməlidir.

  • Mircəfər Bağırovun dözümsüzlüyü, qanlı faciəyə gedən yol...

H.Hüseynov barədə hazırlanan “Vikipediya”da onun təqibi və ölümü barədə qeyd edilir ki,  Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı Respublika rəhbərliyində dözümsüzlük başlayır. Məlumatda bildirilir: “1950-ci ilin mayında Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid edilir. Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir. Kitabın müqəddiməsində " İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir (...), Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub”...Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir.

Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edir”.

Yenə həmin mətndə fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun Heydər Hüseynov haqqında məqaləsindən də sitat yer alıb.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov "Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz" məqaləsində Heydər Hüseynovdan bəhs edərkən yazıb: “Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar olundu”.

  • Erməni daşnakları qardaşını öldürdü...ilk dəfə 12 yaşında şagird oldu...

Heydər Hüseynov barəsində ən çox danışılan, ən çox yazılan elm xadimidir. 42 illik ömrünə bir neçə ömrə bəs edəcək əməllər yazıldı. O, xalqımıza öz tarixini, milli kimliyini tanıtmaq üçün öz canını belə qurban verməkdən çəkinmədi. Xalqın tarixi taleyini araşdırmaq, milli ruhu ehtiva edən əsərlər yazmaq ona baha başa gəldi.

İrəvanlı Heydər Hüseynov uşaqlıqdan faciələrlə üzləşib, ağrı-acı yaşayıb.

Alimin dərc edilən bioqrafiyasına diqqət yetirək: Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olub. Ailədəki altı uşağın kiçiyi olan Heydər 1 yaşında ikən atasını itirib. Qeyd edilir ki, böyük qardaşı Yusif 1918-ci ildə erməni daşnak dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyüyür.

Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi ola bilib. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnir. Bildirilir ki, əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləməklə başlayır. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirir.  1931-1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı, 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda akademiyanın ictimai elmlər bölməsinin sədri olur. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin  əsasları, sonra fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olur.

Böyük alim haqda bu fikirləri onun haqqında tərtib edilən “Vikipediya”dan götürmüşük.

  • Azərbaycanda humanitar sahənin ağsaqqallarından biri, “gənc alim”...

Professor Vilayət Quliyev “Alimin faciəsi: Akademik Heydər Hüseynov” məqaləsində yazır: “1950-ci il avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan EA-nın ilk 15 qurucu üzvündən biri, ictimai elmlər üzrə vitse-prezident Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu.

...Görkəmli alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik "Müxtəsər Azərbaycan tarixi" (1943-1944), 4 cildlik "Rusca-azərbaycanca lüğət", general Ə.Şıxlinskinin "Xatirələri" (1943) kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan dilində fəlsəfi terminlərin yaradılmasında və marksist filosof kadrların yetişdirilməsində də Heydər Hüseynovun xidmətləri olmuşdu. O, milli ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar, Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi kimi görkəmli nümayəndələri haqda çoxu ilk addım kimi dəyərləndirilə biləcək tədqiqatların müəllifidir. 

Elmi fəaliyyətinin diqqətəlayiq nümunəsi - "XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən" monoqrafiyası çapdan çıxanda H.Hüseynovun 41 yaşı vardı. Cəmiyyətimizdəki yaş kultu baxımından müəllifi hətta "gənc alim" də adlandırmaq olardı. Lakin bu "gənc alim" həmin dövrdə Azərbaycanda humanitar sahənin ağsaqqallarından sayılırdı. Amma elmi fikrə böyük töhfələr verə biləcək akademikin Heydər Hüseynov yaradıcılığının ən verimli çağında ehtiyatsızlıq və təcrübəsizlikdən doğan adi təsadüfün qurbanı oldu. "Respublikanın sahibi"nin - Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı. Səbəb müəllifin yuxarıda adı çəkilən "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarxindən" monoqrafiyasında  Mirzə Kazımbəyin "Müridizm və Şamil" əsərindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyət, mübarizə və ideallarından bəhs etməsi, onu "qəhrəman və qəhrəmanların yaradıcısı" adlandırması idi. Bədbəxtlikdən bu, elə vaxt idi ki, müridizm mürtəce hərəkat, Şeyx Şamil isə "ingilis və türk casusu" kimi qələmə verilirdi”.

  • Layiq olduğu Stalin mükafatı, rəhbərin kükrəyən qəzəbi...

Daha sonra V.Quliyev qeyd edir ki, 1940-cı illərin sonu Heydər Hüseynovun triumf dövrü idi. O, 4 cildlik "Rusca-Azərbaycanca" lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli Stalin mükafatına layiq görülmüşdü. “Bir il sonra isə 733 səhifəlik "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikri tarixindən" monumental monoqrafiyası çap olunmuşdu. 
Bəlkə də kitab ümumittifaq miqyasında diqqəti çəkməsəydi, görkəmli alim taleyin gözlənilməz zərbələrindən kənarda qala bilərdi. Amma belə olmadı.

1947-ci ildə müasirlərinin "ədəbiyyat naziri" adlandırdıqları SSRİ Yazıçılar İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən təxirə salınmış 800 illik yubileyində iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla da tanış olmuşdu. Ciddi və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı. Tanışlıq tədricən səmimi münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan çıxanda H.Hüseynov onun ilk nüsxələrindən birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi. Fadeyev əsərlə tanışlıqdan sonra onu ictimai elmlər sahəsində 1950-ci il Stalin mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən müəllif "respublikanın xozeyinini" məsələdən xəbərdar eləməyi yaddan çıxarmışdı”.

Heydər Hüseynovdan Stalin mükafatı necə geri alınıb?

Müəllif yazır ki, M.C.Bağırov hadisədən yalnız yeni Stalin mükafatları laureatlarının adları "Pravda" qəzetində çap olunanda xəbər tutmuşdu. Başının üstündən iş görüldüyünə, həm də bunu inanıb irəli çəkdiyi şəxsin etdiyinə görə onun hirsindən necə zəncir çeynədiyini təsəvvür etmək çətin deyil: “O dövrdə EA-da, H.Hüseynovun rəhbərlik etdiyi İctimai elmlər bölməsinin elmi katibi vəzifəsində çalışmış şair-tərcüməçi İmran Seyidov mənə danışmışdı ki, "Pravda"da Stalin Mükafatları Komitəsinin qərarı və yeni laureatların adları çap olunduğu gün səhər tezdən M.C.Bağırov akademiki Mərkəzi Komitəyə çağırtdırmış və istənilən adamı vahiməyə salan isterik monoloqdan sonra mükafata layiq görülən monoqrafiyanı sözün həqiqi mənasında onun başına çırpmışdı. Qalın və parıltılı kağızda çap olunmuş foliant isə yetərincə ağır idi...

İmran Seyidovun dediyinə görə, həmin gün "xozeyinin" yanından qayıdan Heydər Hüseynov böyük sarsıntı içində olmuş, kabinetinə çəkilib hönkür-hönkür ağlamışdı. Ona su gətirən İ.Seyidova hıçqırıqlar içində "İmran, predstavləeşğ, on dvajdı  udaril menə kniqoy po qolove" -demişdi.

Tək qalanda isə damarını kəsib intihar etmək istəmişdi. Amma birinci dəfə onu qurtarmaq mümkün olmuşdu.

"Həddini aşmış" alimi cəzalandırmaq baxımından çıxılmazlıqdan əl atılmış özünəqəsd də "xozeyinə" az görünmüşdü. M.C.Bağırov dostluq əlaqələri saxladığı Lavrenti Beriyanı işə qatmışdı. Hər yerə əli çatan Beriyanın müdaxiləsi nəticəsində məsələ böyüyüb Kreml səviyyəsində müzakirəyə çıxarılmış və Stalin Mükafatları Komitəsinin tarixində sonralar bir də təkrarlanmayan (və təəssüf ki, yeganə presedent də bizimlə bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər Sovetinin qərarı ilə mükafat heç bir cinayət törətməmiş sahibindən geri alınmışdı...”

Professor V.Quliyevin məqaləsində yer alan bu faktlar H.Hüseynovun faciəli sonu barədə bizə informasiya verir. Öz savadı, biliyi, düşüncəsi və fitri istedadı ilə zirvələrə yüksələn irəvanlı H.Hüseynov xalqımızın elm tarixində əbədi olaraq diridir...

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ