çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Əsəbləşmə... düzələr... - YUNUS OĞUZ yazır

Image


Deyirəm Bakı mistik şəhərdir, bəziləri istehza ilə gülümsəyib keçir, yəni   nəyi mistikdir? Deyirəm, baxın, ölkə əhalisinin yarısı bu şəhərdədir, amma heç gör beli bükülür? Yox! Bakı özünü şax tutub, kürəyini dənizə (dağa yox, ha) necə dirəyibsə, o da qurumağa başlayıb, artıq içində adalar yaranır. Yerin məlum, Hacıbala müəllim! Nə satılası adalardır! Bəlkə müəllimi geri qaytaraq, dənizi də qurutsun, Türkmənistanla quru sərhədə çıxardıq. Ziya Məmmədov da adaları birləşdirən yollar çəkərdi.

Əhalimiz də çox səbrlidir, istedadlıdır, məntiqlidir. Heç nəyə fikir verən deyil. Qiymət artımına, ay nə bilim su, işıq, qaz, metro, avtobus pulu artdı-artmadı, necə yaşayıblarsa, elə də yaşayırlar. Artımlar elə bil bunlara aid deyil. Dünyada ərzaq qıtlığı yaranır, bizimkilər isə yenə əvvəlki kimi çörəyi çölə atırlar ki, şəhərdə yaşayan inəklər çoxlu süd versinlər. Axı, bu çörək çölə qoyulmasa, südü, qatığı, süzməni, nə bilim ən pis halda şoru hardan alıb, yeyərlər. Hələ mən dovğanı demirəm. İşığı səhərə qədər "yanıq" qoyur. Düz də edir. Bəs onda "cırtdan" balamız hara gedər? Şəhəri də it-pişik bürüyüb. İt hürən tərəfə getsə onu parçalamazmı, əlbəttə parçalayar. Hələ su işlədənlərə baxın. Səhər-səhər dişlərini yuyub qurtarana qədər su borusundan qırx litr su axır. Qoy axsın, pulla deyil, hardansa tapıb verəcək. Pis halda gedib kredit götürəcək. Biri yazır ki, çaynikdən (qəfədandan) inqalyasiya aparatı düzəltmişəm. O birisi su pulunu vermək üçün taxta körpünü çırpışdırır. Bu ölkədə hamı bir-birini dolandırır, dövlət baba da hamını bir yerdə. Hamı bir-birindən razıdır. Heç kim etiraz etmir. Bir-iki nəfər demoqoq var, ağızlarını açan kimi onları da hamı, özü susdurur. İşarə edir ki, imkan verin başımızı, uşaqları dolandıraq. Əsəbləşməyin... düzələr. Dünya əyilə-əyilə, sına-sına düzəlir. Misal da çəkirlər, doxsanıncı illərdə bizləri erməni-rus birliyi sındırdı, indi biz onları. Ta, nə istəyirsiniz?

İstəyirdim xalqımızın səbri haqqında fikirləşim, mövzu özü qapını döydü...

Qapı döyüldü.

-Buyurun, - dedi.

Kabinetin qapısı yavaş-yavaş açıldı. Əvvəlcə bir nəfərin heybətli üzü, sonra isə nataraz vücudu göründü. Üzünə baxıb fikirlədim ki, mənim belə adamlarla heç vaxt biş-düşüm olmayıb, xeyir ola? Ağlıma min cürə fikir gəldi. Nəhayət, onun yekə qarnı birinci içəri girdi. Girən kimi də otaqda xışıltı, boğuq, incik səs eşitdim:

-Mirzə, səni deyib gəlmişəm.

İçimdə güldüm, öz-özümə dedim ki, hamı dəli olanda mollanın üstünə qaçır, bəs molla dəli olanda kimin üstünə qaçsın? Üzünə baxdım. Əsəbdən sağ gözü səyriyirdi. Əlimlə ona yer göstərdim:

-Buyurun əyləşin, səbrlə dərdinizi danışın, -dedim.

Kişi sanki partladı, elə bildim döyüş bölgəsindəyəm. Qulağımın dibindən Aqil Abbasın "Dolu"su, rusların "Qrad"ı vıyıldayıb keçdi.

Oturmamış:

-Rəhmətliyin oğlu, bizdə səbr qoyublar ki, səbrlə danışım, - dedi və hirslə zərif, dizaynlı stulu nataraz vücudunun altına çəkdi və birdən fərqində oldu ki, hara gəlib.

Səsinin tonunu dəyişdi.

- Bağısla, Mirzə.

Onu sakitləşdirdim:

-Əsəbləşmə, düzələr. Şikayətin nədəndir?

-Tıxaclardan, sudan, qazdan, nə bilim e.., hər şeydən, - deyib pencəyinin döş cibindən dördqat bükülmüş saralmış üç vərəq çıxardıb mənə uzatdı. Nuh əyyamından qalmış sarı vərəqləri əlimə alanda başa düşdüm ki, onun yazı-pozu ilə arası yoxdur. İndi zəmanə kağız-kitab zəmanəsi deyil, hamı texnika ilə dolanır. Özümü o yerə qoymadım, vərəqlərə ötəri göz yetirdikdən sonra soruşdum:

-Dərdini vərəqlərə necə ahla yazmısansa sapsarı saralıb, yaxşı ki, alışıb yanmayıb. İndi də dərdini dilinin ucuna gətirib danış, amma elə et ki, dilin də bu vərəqlər kimi saralmasın.

O atmacaları anladı, özünü bir az da yığışdırdı.

-Mirzə, bu tıxaclar məni əsəb xəstəsinə çevirib. Əsəbdən gözüm də səyirib. Əldən düşmüş bir maşınım var. Ona benzin, özümə də dərman çatdıra bilmirəm. İstəyirəm bu şogərib maşını qainin (DYP) qarşısında yandırım. Mən də onlardan belə intiqam alım. Ay, Mirzə, belə şey olar? Bir də görürsən, polis yolda durub əlindəkini "ağacı" fırladaraq guya maşınların gedişini tənzimləyir. İşıqfor işləyə-işləyə sən niyə yolu  tənzimləyirsən? Dərhal da tıxac yaranır. Üç dəqiqəyə gedən yolu bir saata gedib çıxa bilmirsən. Belə dərd olar? Hələ təzə bir xəstəlik də tapmışam. Yol polisi görəndə bədənim qaşınmağa başlayır. Hələ, o trassdakı kameraları demirəm. A Mirzə, Bakı-Şamaxı yolunda, yüz iyirmi kilometrlik bir yolda 45-50 kamera olar? Sürət nişanı 110 qoyulub, təzəcə ayağını qaza basırsan, görürsən ki, sürət doxsandır. Etiraz eləyəndə də, otuz beş nöqtə bir maddəsini gözümə soxur, deyir dövlət mənəm. Elə danışırlar ki, elə bil dövlət doğurdan bunlardır.

Birnəfəsə istədiyini deyib susdu, amma bildim ki, hələ hamısını deməyib.

Uzaqdan başladım:

-De görüm, zolaqlı işarədə piyadalara fikir verməyib, sürüb keçmisən?

Bir qədər duruxub dilləndi:

-Hə, olub, belə şeylər. Özü də axır zamanlar əsəbdən tez-tez təkrarlayıram.

-Bax, görürsən, sən qaydanı pozursan, o da səndən belə intiqam alır. - Şəstlə dedim, - həm də məsələyə bir az qlobal bax, təkcə özünü fikirləşmə, bu məmləkətdə səndən başqa insanlar da var, onlar da dolanmaq, ailələrinə bir tikə çörək aparmaq istəyirlər.

-Necə?

Duruxa-duruxa sual verdiyindən başa düşdüm ki, bunu natarazı sözlə sağaltmaq olar.

-Bax, - dedim. Yolda tıxac yaranır, sən də çoxlu benzin işlədirsən. Bəs bu benzini kimlər hazırlayır. - Özüm də cavab verdim. - Əlbəttə, neftayırma zavodunun işçiləri. Onlar da plan verməlidirlər ki, normal əmək haqqı alsınlar. Bəs benzin nədən alınır? Neftdən "Hələ mən yanacaqdoldurma stansiyalarında, neftçıxarma birliklərində işləyən minlərlə insandan danışmıram. Gör nə qədər insana çörək verirsən. Tıxac yarandı, sən də əsəbləşdin, xəstələndin. Gedirsən həkimə. O da dərman yazır, aptekə göndərir. Onlar da dolanırlar. Həkimlər, aptekçilər sənin kimi əsəb xəstəliyi olanlardan ruzisini almasın, bəs neyləsin? Məsələyə qlobal baxmaq belədir. İndi mən deyə bilmərəm ki, yol polisləri, yanacaqdoldurma stansiyalarının rəisləri, həkimlərlə danışıb bunu düşünülmüş edirlər. Günaha bataram. Belə şeylərə görə əsəbləşmə... düzələr...

Deyəsən məntiqli sözlərim onu inandırdı. Gözünün səyirtisi dayandı. - Bax, qaz, su, işıq və başqa sferalara da qlobal bax. Bu tıxaclar xalqa səbrli olmağı öyrədir. Tıxac başlanan kimi telefonla başını qatır. Telefon da səbr daşı deşir.

Səbrli ol, əsəbləşmə. Mənim evimdə qaz kəsildi, sonra dörd saat hava verildi. Heç əsəbləşmədim, amma ayın axırında gördüm ki, beş aylıq qaz sərfiyyatını bir ayda "yeyib" qurtarmışam - 900 kubmetr. Ayın axırında cibimin "daraldığını" gördüm. Bikefləndim, amma əsəbləşmədim.

Baxdım ki, mən danışdıqca bu nataraz oturduğu stulda yumağa dönür, ancaq əlinin arxasını yerə qoymaq istəmir.

-Yaxşı, Mirzə, məni bu məsələdə inandırdın, amma bir də görürsən ki, yol polisləri körpülər altında tez-tez gözləmə nişanlarını dəyişirlər. Bilirsən ki, yol sənindir. Körpünün altından keçirsən, səni saxlayır ki, bəs yol qaydalarını pozmusan. Bu gecə nişan dəyişib. Niyə, nə dəyişdi?

Özümə təsəlli verib gülə-gülə dilləndim:

-Rəhmətliyin oğlu, bu qədər düz işimizin içində deyirsən bir əyri işim olmasın? Onlar da dolanmalıdırlar, ya yox? Ayağa durdum. - Nataraza əl verib dedim... - Əsəbləşmə, bu da, kameralar da düzələcək.

Yunus Oğuz

01.03.23



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ