Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin fevral ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 251 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə DSX-dən məlumat verilib.
Məlumatda bildirilib ki, ölkədən çıxışı qadağan olan 334 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 18 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.