Həyat yoldaşına qarşı şiddət göstərdiyi iddia olunan Hərbi Prokurorluq əməkdaşı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.