3-cü mikrorayon dairəsi yaxınlığındakı yeni tikililərin birində baş verən yanğının qarşısını Əlahiddə Çevik Polis Alayının əməkdaşları vaxtında alıblar.
Hadisə yerinə gələn Əlahiddə Çevik Polis Alayının əməkdaşları yanğını söndürüblər və vətəndaşların həyatını xilas ediblər. Yanğını söndürdükdən sonra onlar FHN-nin müvafiq qurumuna məlumat veriblər.
Baki-xeber.com