Bazar günü günü, 13 sentyabr 2026
     

Şuşanın 17 məşhur məhəlləsinin tarixi etimologiyası...

Image


Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi olan Şuşa barədə cild-cild kitablar yazılıb, minlərlə fikir söylənilib, tarixi barədə müxtəlif mülahizələr irəli sürülüb. Bizə məlumdur ki, Şuşanın əsası Pənahəli xan tərəfindən qoyulub.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirib, Qala-şəhərə çevirib. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad”, sonradan isə "Şuşa qalası” və "Şuşa” adlandırılıb.

Bakı Xəbər TV-nin efirində politoloq Mehman İsmayılov müəllifi olduğu "Çoxluqdan birliyə" verilişində Şuşa şəhərindən danışıb, onun 17 məhəlləsinin tarixi, etimologiyası barədə məlumat verib.

Bu tarixi məhəllələrdə Azərbaycanın çox böyük şəxsiyyətləri doğulub, burdan dünyaya baxıblar.

Şuşanın məhəllələrindən danışmazdan əvvəl onun tarixi ilə bağlı bir neçə nüansa fikir verək. Biz hamımız Şuşanın 270 yaşı olduğunu bilirik, amma xarici müəlliflərin yazdığı bizə yeni faktlar verir. Verilişdə qeyd edilənə görə, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləyiblər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, "Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”.

Hələ Pənah Əli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılır,  İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da gücləndi.

Müəllif  şəhərin məhəllələrindən danışarkən qeyd edib ki, şəhərdə 17 məhəllə var idi və  onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi. Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə Məhəllə Şuşanın məhəllələri olub. Hər məhəllədə də  hamam, məscid və bulaq vardı.

Qeyd edilənə görə, Çuxur məhəllə Şuşa qalasında salınan ilk məhəllə  olub. Çuxur sözünün mənası “dərinlik”, “aşağı çökmüş”, “oyulmuş sahə”, “çala” deməkdir. Yerin yaşayış üçün əlverişli olduğunu və hərbi baxımdan strateji əhəmiyyətini görən Pənahəli xan Cavanşir qalanın bünövrəsini burada qoyub. O, əvvəlcə dairəvi və düzbucaqlı bürclər, müşahidə məntəqələri, xəbərdarlıq qalacıqları, atəş nöqtələri olan möhkəm və qalın divarlı hasarlar, ilkin olaraq özü, qardaşları, övladları üçün imarətlər ucaldıb, sonralar xanın qohum-əqrabası da burada bir-birinə yaxın iki mərtəbəli evlər tikiblər.  Şəhərin aşağı hissəsində yerləşən bu məhəllə coğrafi cəhətdən tutduğu mövqeyə görə həmin yerin adını götürüb və Şuşanın tarixinə “Çuxur məhəllə” kimi daxil olub.

Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olub.  Hacı Quluların mülkü bu məhəllədə yerləşir.

Digər məhəllənin adı “Köçərli”dir ki, bu məhəllə  XIX əsrdə salınan Şuşanın şimal-qərbində qədim aşağı 8 məhəlləsindən biridir.

XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də ”Köçərli” adlandırılıb.

Qədim məhəllələrdən olan “Qurdların” ilk və əsas sakinləri Aşağı Qarabağdan köçüb gəliblər. XVIII əsrin axırlarında Cənubi Azərbaycan xanlıqlarının və Quba xanlığının aramsız basqınları nəticəsində həmin kəndlərin sakinlərinin bir hissəsi Şuşaya pənah aparıb, bir yerdə məskunlaşaraq öz kəndlərinin adını yaşadıqları məhəllənin adında əks etdiriblər.Qurdlar məhəlləsi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir və Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaorlunun atasının mülkü bu məhəllədə yerləşir. Bu saray Şuşa qalası  ərazisində salamat qalmış 2 saraydan biridir. Qalanın giriş qapısının üzərindəki kitabədə onu 1768-ci ildə tikildiyi qeyd olunub. Məhəllədə yerləşən mülklərdən biri də Zöhrabbəyovun evidir.  Bu ev XIX əsrdə tikilib.  Sovet dövründən sonra ev müsadirə olunub və burada Şuşa şəkil qalereyası fəaliyyət göstərib. 1992-ci ildə Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. Hazırda bina yarıdağılmış vəziyyətdədir. 

Qurdlar məhəlləsində həmçinin Əhməd bəy Ağaoğlu doğulub böyüdüyü ev də yerləşib. Sovet işğalından sonra  bu binadan idarə və müəssisə, pansionat və məktəb kimi istifadə edilib. Yerli camaat arasında “Lesnaya şkola” kimi tanınıb. 1992-ci ildə Şuşa işğal edildikdən sonra Əhməd bəy Ağaoğlunun evi tamamilə dağıdılıb. Şuşa azad olunduqdan sonra Əhməd bəy Ağaoğlunun evində təsis olunan, mərkəzi Ankara da yerləşən Türk Ocaqlarının Ümumi Mərkəzi bütün xərcləri öz üzərinə götürərək Ağaoğlunun dağıdılmış evini əvvəlki halını bərpa etmək üçün Azərbaycan dövlətinə müraciət edib

“Quyuluq” məhəlləsi isə şəhərin şərq hissəsində yerləşən məhəllədir, əvvəllər təpəlik olub. Təpəliyin yerində vaxtilə hamam vardı. Ona görə də həmin məhəllənin adı xalq arasında “Quyuluq” kimi qalıb.

 Hacı Yusifli məhəlləsi də Şuşada öz tarixi, etmologiyası ilə seçilir. Burada ilk evi Qarabağın sayılıb-seçilən şəxsiyyətlərindən və şəhərin ilk sakinlərindən olan divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu tikdirib, qohum-əqrəbasını yanına toplayıb. Məhəllədə yaşayanların əksəriyyəti Hacı Yusif ağanın nəslindən olduğu üçün onlara “Hacı Yusiflilər” deyirdilər. Elə o vaxtdan da məhəllənin adı onun ilk sakininin və yaradıcısının adı ilə “Hacı Yusifli” adlandırılıb.

Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.

“Dəmirçilər məhəlləsi”nin ilk sakinləri isə türkdilli Dəmirçilər tayfasından olmuşdur. Mir Mehdi Xəzaninin yazdığına görə, dəmirçiləri Qarabağa Şuşa qalasını tikərkən Türkiyənin

Qars şəhərindən Pənahəli xan Cavanşır gətirib, xanlığın müxtəlif yerlərində, o cümlədən Pənahabadda kompakt şəkildə məskunlaşdırılıblar. Onların yaşadıqları məhəllə isə öz adları ilə “Dəmirçilər” adlandırılıb.

Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər.

Şəhərin qədim məhəllələrindən olan “Saatlı”nın ilk sakinləri türkdilli Saatlı tayfasından olub. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax zonasında kök salıblar. 1795-1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumları ilə əlaqədar olaraq onların bir hissəsi Qarabağa köçüb, bir çox yerlərdə, o cümlədən Şuşa şəhərində də məskunlaşıblar. Yaşadıqları məhəllə isə öz adları ilə “Saatlı” adlandırılıb.

Məhəllənin əhalisi İyirmi dörd mahalı Saatlı kəndindən, eləcə də Keţtazlý obasının əhalisindən təşkil olunub. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq hamam və daha aşağı hissədə körpü və meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü " deyilirdi.

Şuşada salınmış sonuncu məhəllə “Çöl qala”dır. Bu məhəllənin sakinləri qala divarları tikilib başa çatandan sonra köçüb gəldiklərinə və qaladan kənarda məskunlaşdıqlarına görə şəhər əhalisi onları “çöl qalalı”, yəni “qalanın çölündə yaşayanlar” adlandırıb və həmin vaxtdan da məhəllə bu adla tanınıb. Şuşanın xeyriyyəçi şəxsiyyətlərindən olan Hacı Nəsir Rza oğlu 1889-cu ildə həmin məhəllədə bulaq tikdirib. Qeyd edilir ki, “Çöl qala” məhəlləsi Şuşanın XVIII əsrdə salınan aşağı məhəllələrindən 17-cisidir.

“Culfalar məhəlləsi”nin böyük bir hissəsi, əsasən culfaçılıq sənəti ilə, yəni bez istehsalı ilə məşğul olur, əl dəzgahlarında pambıq parçalar toxuyur, müxtəlif geyim nümunələri hazırlayırdılar. Bu sənətlə məşğul olanlara “culfalılar” deyilirdi və onların yaşadıqları məhəllə isə “Culfalar”adlanırdı.

Şuşanın ilk məhəllələrindən olan “Hacılar”ın əsasən indiki Füzuli rayonunun Hacılı kəndindən köçüb gəlmişdilər. Sonralar Şuşa qalasının qalabəyisi Məhəmmədxan bəy kənddən bir neçə ailə də gətirib burada məskunlaşdırıb. Həmin məhəllənin sakinlərinin şəhərin tikilməsində və inkişafında mühüm xidmətləri olub. Daha sonralar “Hacılı məhəlləsi” “Merdinli məhəlləsi” ilə birləşib və onun adı camaatın dilindən silinib.

“Ayaqyalın qurdlar” yaxud “Qurdlar məhəlləsi”nin bir hissəsidir. Şəhərin ən kasıb məhəlləsi idi. Burada, əsasən, yoxsul təbəqə kustar üsulla gön-dəri istehsal edən dabbaqlar yaşayırdı. Onlar dərini ayaqyalın tapdaladıqlarına görə də məhəllə ”Ayaqyalınlar”, yaxud “Ayaqyalın qurdlar” adlanırdı.

Şuşa qalasının mərkəzi və iri məhəllələrindən olan “Merdinli”nin əsas əhalisi Cavanşir-Dizaq mahalından Merdinli, Dədəli, Yağlavənd, Seyidmahmudlu, Zərgər, Qaraxanbəyli, Hacılı və s. kənd və obalardan gəlmədir. Say etibarilə ən çoxu Merdinlidən olduqları üçün onların məskunlaşıb yaşadıqları məhəllə də həmin kəndin adı ilə adlandırılıb.

Merdinli (yaxud Mərdinli) məhəlləsi Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biridir. Şəhərin mərkəzi hissəsində yerləşir.

Şuşanın qədim və ilk məhəllələrindən biri də “Hamamqabağı”dır. Qala şəhər kimi inkişaf etməyə başlayan vaxt Şərq mədəniyyətinin rəmzlərindən olan hamam binasını İbrahimxəlil xanın əmisi oğlu Əbdüssəməd bəy Cavanşir tikdirmişdi. Şəhər böyüdükcə də bu hamamın ətrafında, xüsusən də qarşısında çoxlu yaşayış evi tikilmiş və böyük bir məhəllə yaranmışdı. Ona görə də burada yaşayan əhali öz yaşayış yerlərinə həmin adı vermişdi.

 XIX əsrin əvvəllərində Şuşanın ən hündür nöqtəsində yaranıb formalaşan “Ağadədəli məhəlləsi” öz adını Ağa adlı bir nəfərin adından alıb. Buranın ilk sakinləri Qarabağın Dədəli kəndindən idi. Həmin məhəllədə əsasən İbrahimxəlil xanın nəvəsi, general-mayor və şair Cəfərqulu xan Cavanşirə - Nəvaya məxsus rəiyyət yaşayırdı.

“Mamayı məhəlləsi”nin  əsas əhalisi XVIII əsrin son illərində Qarabağın Dəmirçihəsənli mahalının Mamayi və Xocavənd obalarından köçüb gəlmiş, Şuşada məhəllə salaraq kompakt halında yaşamışdır. Say etibarilə xocavəndlilər az olduğuna görə onlar mamayilərə qarışaraq özlərinə ayrıca məhəllə yarada bilməyiblər. Mamayilər isə saldıqları məhəlləni öz obalarının adı ilə adlandırıblar.

“Çuxur məhəllə” salınıb formalaşandan sonra şəhərdə yaranan ən qədim məhəllələrdən biri də “Xanlıq aradır”. Əvvəlki adı “Mir” olub, lakin Qarabağ xanlarının imarətlərinin lap yaxınlığında yerləşdiyi üçün sonralar məhəllənin adı dəyişdirilərək el arasında “Xanlıq ara” adlandırılıb. Vaxt keçdikcə məhəllənin kiçik ərazisi “Çuxur məhəllə”yə qarışıb və bu ad yavaş-yavaş unudulub.

 Şuşanın qədim və kiçik məhəllələrindən biri də “Keştazlı məhəlləsi”dir. XVIII əsrin ikinci yarısında Qarabağın Keştasf nahiyəsindən bir oba Cavanşir mahalında məskunlaşmışdı. İbrahimxəlil xanın dövründə həmin obadan bir neçə ailə Şuşa qalasına köçürülmüşdü və onların yerləşdiyi məhəllə “Keştazlı” adlandırılırdı. XIX əsrin axırlarında bu məhəllə qonşu, daha iri məhəllələrə qarışdığından adı tarix səhifəsindən silinib.

 Əsasən sənətkar və tacirlərin yaşadığı məhəllə “Təbrizli” adlanırdı, ilk sakinləri Pənahəli xan Cavanşirın dövründə Ərdəbil, Zəncan, əksəriyyəti isə Təbrizdən gətirilmiş, əvvəlcə Bayat, sonra Şahbulaq, daha sonra Şuşa qalalarında məskunlaşdırılmışdı. XVIII əsrin 80-ci illərində İbrahimxəlil xanın özünün yaxın müttəfiqi, Xoy hakimi Əhməd xanla birlikdə Təbriz üzərinə yürüş edərək oranı tutmuş, şəhəri öz aralarında bölüşdürmüşdülər. O, qardaşı oğlu Əsədulla bəyi Təbriz xanlığının hakimi təyin etdikdən sonra oradan xeyli seçmə sənətkar və tacir ailəsini gətirib həmin məhəllədə yerləşdirmişdi. Sonralar burada İranın Qaradağ mahalından, Naxçıvan, Şirvan və başqa yerlərdən gələnlər də məskunlaşmışdılar.

“Təbrizli məhəlləsi”nin camaatı həm xanlıq, həm də rus hakimiyyəti dövründə azad icma olmuş və dövlətə vergi vermişlər. XIX əsrin axırlarında məhəllənin bir hissəsi “Ağadədəli”, bir hissəsi isə “Xocamircanlı məhəlləsi”nə qarışmışdır.

 Kiçik məhəllələrdən biri olan “Qazançılı” şəhərinin yuxarı hissəsində yerləşirdi. Buranın əsas əhalisi XVIII əsrin ikinci yarısında İbrahimxəlil xan tərəfindən Ordubadın Qazançı kəndindən gətirilərək kompakt şəkildə Qalada yerləşdirilib və onların məskunlaşdıqları məhəllə “Qazançılı” adlandırılıb.

Şəhərin əsas məhəllələrindən olan “Əylisli”nin əsas sakinləri Ordubad ərazisindən - qədim sənətkarlıq və ticarət mərkəzi olan Əylis kəndindən idilər...

Şuşanın qədim məhəllələri, onların ilk sakinləri barədə çox danışmaq olar, lakin bir yazıda, bir verilişdə bunu əhatələmək çətindir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Bir neçə həftə əvvəl istefa verən ordu rəhbərindən şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ