çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Əcnəbilərlə ailə qurmağa meylli qadınlarımız hələ də çoxdur... - MÜSAHİBƏ

Image


Vaxt var idi Azərbaycanda ailə həyatı quran gənclər əcnəbilərlə nikaha soyuq yanaşırdılar. Çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınırdı, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmurdular. Amma indi beynəlmiləl ailə qurmağa 20-30 il öncəki kimi yanaşılmır.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, əcnəbilərlə qeydə alınan nikahların sayı artıb. Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, 2022-ci ildə qeydiyyat orqanlarında 2.134 Azərbaycan vətəndaşının əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Nikahlardan 1067-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1067-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.

  • “Qarışıq nikahlar heç də həmişə uğurlu olmur, buna səbəb  bəzi cütlüklərin fərqli mədəniyyətlərə adaptasiya ola bilməməsidir”

Azərbaycanlıların əcnəbilərlə nikaha girməsi barədə “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli ilə həmsöhbət olduq.

- Azərbaycanlı bəy və xanımlar niyə əcnəbilərlə ailə həyatı qurmağa maraq edir?

- Əcnəbilərlə nikah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə bağlıdır. Azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır. Bir sıra gənc xanımlar düşünür ki, əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var.

- Açıqlanan statistik rəqəmlər və müşahidələrimiz onu deməyə əsas verir ki, bəylərlə müqayisədə qadınlar daha çox əcnəbilərlə nikaha girir. Əcnəbi kürəkən… Qızlarımız onlarda nə görüb?

- Azərbaycan qadınları bir çox hallarda zorakılıq hallarından qorunmaq üçün əcnəbiyə ərə gedirlər. Qızlarımız düşünür ki, xaricə gedən kimi bütün arzularını gerçəkləşdirmək asan olacaq, daha çox azadlıq əldə edəcəklər, imkanları genişlənəcək, daha çox pul əldə edəcəklər, hüquqları qorunacaq, sərbəst olacaqlar. Amma hər bir ölkənin özünün ailə modeli, ailə münasibətləri, statusları var. Buradan gedənlər də məhz onlara tabe olur.

- Azərbaycan vətəndaşları daha çox hansı ölkənin vətəndaşları ilə nikaha daxil olur?

- Azərbaycanlı qızlar daha çox Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılara üstünlük verirlər, bu isə əcnəbilərlə nikahların böyük faizini təşkil edir. Amma bununla yanaşı, Avropa vətəndaşları, zənci və ərəblərlə ailə quran xanımlarımız da az deyil. Oğlanlar isə Avropa vətəndaşları ilə evlənir.

- Qızlar elə bilir ki, xaricə gedən kimi xəyal etdikləri həyatı yaşayacaq. Ancaq bəzən fərqli mənzərə ilə qarşılaşırlar...

- Qadınlara xarici vətəndaş evlilik təklif edəndə çox sevinirlər. Elə bilirlər ki, getsələr, dünya onların olacaq. Heç nəyi araşdırmadan ailə qururlar, sonra problemlər yaranır. Danılmaz faktdır ki, Avropanın özündə də bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər.

- Qeyd etdiz ki, xarici vətəndaşlarla qurulan nikahlar əksər hallarda uğursuz olur. Qarışıq nikahların uğursuz olması nədən qaynaqlanır?

- Qarışıq nikahlar heç də həmişə uğurlu olmur. Buna səbəb  bəzi cütlüklərin fərqli mədəniyyətlərə adaptasiya ola bilməməsidir. Azərbaycanda qeydə alınan qarışıq nikahların uğursuz olmasının başlıca səbəbi fərqli mədəniyyətlərdir. Çünki əksər hallarda nikaha daxil olan cütlüklər bu mədəniyyətlərə uyğunlaşa bilmirlər. Digər tərəfdən xarakterlərin uyğun olmaması da nikahın pozulması ilə nəticələnir.

- Əcnəbilərlə nikahın artmasının genofonda hər hansı təsiri varmı?

- Qloballaşmanın belə sürətlə getdiyi vaxtda, xarici vətəndaşlarla nikaha girənlərin olması təbii haldır. Əgər ailə qurulursa, bunu qanunla qadağan etmək olmaz. Amma faiz çoxalarsa, təhlükəli hal ala bilər. Bu həm genofonda təsir edir, həm də həmin əcnəbilər bir müddətdən sonra Azərbaycanda yaşayır və ölkə əhalisinin etnik tərkibi dəyişir, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yolla tənzimlənir. Xarici nikahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün faydalı olar. Onlar tariximizə, dövlətçiliyimizə, azərbaycançılıq, türkçülük məfkurəsinə lazımi ehtiram göstərməli, qorumalıdırlar. Əks təqdirdə, xarici vətəndaşlarla çoxlu nikahlar etnik tərkibə təsir göstərdiyindən, təhlükəli ola bilər. Ona görə də indiki vaxtda əcnəbilərlə nikahın əsas motivləri dəqiqləşdirilməlidir.

- Ümumiyyətlə, qarışıq etnik nikahları sosioloji nöqteyi-nəzərdən necə qiymətləndirisiniz?

- Ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur. Xüsusilə uzun illər eyni dövlətin sərhədlərində yaşayan xalqlar arasında qarışıq nikahlara daha çox təsadüf olunur. Bu növ nikahlar həyatın reallığına çevrilir. Bu nikahlarla bağlı çoxlu elmi tədqiqatlar aparılır və bu tədqiqatlar əsasında yeni nəzəriyyə və yanaşmalar müəyyənləşdirilir. Əslində, qarışıq etnik nikahlarda özünü büruzə verən problemlər digər nikah növlərində özünü büruzə verən problemlərdən çox da fərqli deyil. Lakin cütlərin mənsub olduğu mədəniyyətlər arasında çox əsaslı fərqlərin olması müəyyən bir müddət sonra cütlər arasında problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Bu mənada, qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risqlərindən biri ər-arvad arasında meydana gələn hansısa mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ