Masallı rayonunda fəaliyyət göstərən bir sıra ümumtəhsil məktəblərində "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbirlər keçirilir. Növbəti belə tədbir Masallı şəhər 1 və 3 saylı, eləcə Qızılavar, Banbaşı kənd orta məktəblərdə baş tutdu. Məqsəd yeniyetmə və gənclərin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olan tədbirlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Baş müəllimi, Polis polkovnik-leytenantı Rüfət İbayev, Masallı rayon Polis şöbəsi rəisinin Şəxsi Heyətlə İş üzrə köməkçisi İxtiyar Talıbov və məktəb rəhbərlikləri çıxış edərək maarifləndirmə işləri aparıldı.
Dərslər zamanı həm də Polis Akademiyasına kursant qəbulu qaydaları barədə şagirdlərə ətraflı məlumat verildi, ali təhsil ocağında gənclərin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar haqqında və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən geniş şəkildə danışıldı .
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü