Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından daha 6 meyit çıxarıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olanFHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.