Lerik rayonunun qabaqcıl təhsil ocağı Monidigah kənd tam orta məktəbində Gənclər və İdman İdarəsi, Polis şöbəsi, eləcə Lənkəran - Astara Regional Təhsil İdarəsi Lerik rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzi -narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma və erkən nikahlara qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirildi. "Narkomaniya çıxılmaz bataqlıqdır" və "Erkən nikahlara yox deyək" mövzusunda olan tədbirə Polis Şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Müşfiq Eyvazov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Monidigah kənd tam orta məktəbinin müəllim və məktəblilər, həm də valideynlər qatılmışdı.
Tədbirdə narkomaniyanın insan həyatında törədiyi ağır faciələrdən, bəşəri bəla olan narkomaniya qarşı mübarizənin, mübarizə metodu kimi maarifləndirmə işinin vacibliyindən danışıldı, həmçinin məktəbli və valideynlərlə erkən nikahların yol açdığı fəsadlardan, vurduğu ziyanlardan söhbət açıldı.
Tədbirdə görüş iştirakçılarının suallarana polis polkovnik leytenantı M.Eyvazov tərəfindən ətraflı cavab verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü