Azərbaycanlı xilasedicilər Türkiyədə daha 12 nəfərin cəsədini çıxararaq təhvil veriblər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmarada dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq təhvil veriblər.